Əsas Səhifə > Partiya, Güney Press > Azərbaycandan Krım tatarlarına dəstək bəyanatı

Azərbaycandan Krım tatarlarına dəstək bəyanatı


3-03-2014, 11:44
Azərbaycandan Krım tatarlarına dəstək bəyanatı
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu Krım tatarlarının lideri, Ukrayna millət vəkili Mustafa Cəmil Krımoğlu ilə telefon əlaqəsi saxlayıb.

Tərəflər Ukrayna hadisələrini müzakirə ediblər. M.Mirəlioğlu Ukrayna xalqının, o cümlədən Krım tatarlarının demokratiya, avrointeqrasiya yönündə mübarizəsini dəstəklədiyini deyib. Xalqın bu mübarizədə qalib gələcəyinə inandığını ifadə edib.

KXCP lideri Ukraynanın ərazi bütövlüynün təhlükə altında olmasından narahatlığını bildirib. Amma Ukrayna xalqının təhlkələri aşacağı, ərazi bütövlüyünü qorumaqla demokratik dünyanın tərkib hissəsinə dönəcəyinə şübhəsi olmadığını vurğulayıb.

M.Mirəloğlu bu şərəfli mübarizədə demokratik dünyanın, bütün türk dünyasının Ukrayna xalqı, o cümlədən Krım tatarları ilə birgə olacağını qeyd edərək bu mübarizədə uğurlar arzulayıb.

Geri qayıt