Əsas Səhifə > Partiya, Güney Press > “Qərb bizə dəstək vermir” deyəndə müxalifət məni qınayırdı”

“Qərb bizə dəstək vermir” deyəndə müxalifət məni qınayırdı”


26-02-2014, 10:22
“Qərb bizə dəstək vermir” deyəndə müxalifət məni qınayırdı”
ADP sədri Sərdar Cəlaloğlu Moderator.az-a açıqlamasında Qərb və Azərbaycan müxalifəti arasındakı münasibətlərlə bağlı maraqlı fikirlər səsləndirib. S.Cəlaloğlunun sözlərinə görə, Qərb heç vaxt müxalifətə Ukraynada olduğu qədər böyük və hərtərəfli dəstək verməyib:
“Təbii ki, Azərbaycan müxalifəti heç vaxt Qərbdən Ukrayna müxalifəti kimi dəstək görməyib. Şübhəsiz, bunun da öz səbəbləri olub. Lakin mən deyəndə ki, xalq bizə dəstək vermir, o zaman müxalif liderlər məni qınayırdı. Onlar bildirirdilər ki, bu cür fikirlər xalqı daha da ruhdan salacaq. Mən isə söyləyirdim ki, istənilən halda xalqa həqiqəti demək lazımdır. Çünki biz əsassız yerə Qərbin bizə dəstək verdiyini iddia etsək, o zaman xalq haqlı olaraq bizdən soruşacaq ki, madam Qərb də, biz də sizə dəstək veririk, onda nə üçün hakimiyyəti dəyişə bilmirsiniz? Reallıq budur ki, Qərb Azərbaycan müxalifətinə prinsipial dəstək verməyib və bu gün də belə bir dəstək yoxdur”.

Geri qayıt