Əsas Səhifə > Partiya, Güney Press > Keçmiş nazir AXCP sədrini TOPA TUTDU

Keçmiş nazir AXCP sədrini TOPA TUTDU


17-12-2023, 13:03
Keçmiş nazir AXCP sədrini TOPA TUTDU
Xəbər verdiyimiz kimi, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli prezident seçkilərində iştirak etməyəcəyini açıqlayıb.

O, seçkini boykot etməklə öz aləmində guya hansısa mesaj verməyə çalışır. Əslində isə Əli Kərimli növbəti dəfə Azərbaycandakı demokratik mühitə bilərək kölgə salmağa cəhd göstərir.

Belə olan halda cəmiyyətimizdə haqlı sual yaranır: Əli Kərimli həqiqətən hakimiyyətə iddialıdır?

Əgər o, hakimiyyətə iddialı olsaydı və öz gücünü sınamaq istəsəydi prezidentliyə namizədliyini irəli sürərdi. Reallıq budur ki, Əli Kərimlinin namizədliyinin qarşısında heç bir əngəl yoxdur. O isə elə bir görüntü yaradır ki, guya namizəd olsa, çox səs yığar, amma nələrəsə görə bunu etmir. Əlbəttə bu, Kərimliyə tanış ritorikadır.

Nəzərə almaq lazımdır ki, "Siyasi partiyalar haqqında" Qanun qüvvəyə mindikdən sonra AXCP sədri onun partiyasının qeydiyyata alınmayacağını önə sürürdü. Buna baxmayaraq, onun da, digər müxaliflərin də partiyaları qeydiyyata alındı. Amma hakimiyyətə iddialı birinin çox çətinliklə 5 min üzv topladığını hər kəs yaxşı gördü.

Bəlkə də, AXCP sədri toplayacağı az səslə dünyaya biabır olmaq istəmir. Çünki Kərimli guya ana müxalifət lideri olduğu mifini yaradıb. Bu yalan sayəsində də xaricdən qrant alır. Reallıqda isə Əli Kərimlinin hansısa bələdiyyə seçkilərində belə qalib gəlmək şansı yoxdur. Hətta onun dəstəkləyəcək kütləsi və seçicisi mövcud deyil.

Sabiq maliyyə naziri Fikrət Yusifov "Cebhe.info"ya açıqlamasında bildirib ki, Əli Kərimlinin seçkilərdə iştirak edib-etməməsi heç nəyi dəyişməyəcək:

"O, seçkiyə getmək qərarı versəydi belə, İlham Əliyev kimi xalqın sevgisini qazanmış, tarixi Qarabağ zəfərinə imza atmış bir liderin qarşısında heç nə edə bilməzdi. Əslində Əli Kərimli prezidentliyə namizəd olmasının gülünc bir addım olacağını bilirdi. Ona görə də "aradan çıxmaq" üçün bir bəhanə axtarırdı. Yəni o, seçkilərdə iştirak etməmək yox, "aradan çıxmaq" qərarı verib".

Fikrət Yusifov qeyd edib ki, onsuz da heç kim Əli Kərimliyə səs verməyəcəkdi:

"İlham Əliyev kimi xalqın sevdiyi və dəstəklədiyi liderin olduğu yerdə onun səs toplamaq şansı belə yoxdur. Əgər Əli Kərimlinin gücü varsa, meydana min nəfər yığsın. Amma onun çağırışı ilə heç kim meydanlara gəlməz. Ümumiyyətlə, Əli Kərimli dövlət idarəçiliyində heç bir təcrübəsi olmayan, ancaq boş-boş və pafoslu danışan mənasız bir adamdır".

Müəllif: Elmir Mustafa - Mənbə: "Cebhe.info"
Təqdim etdi: DİA-AZ.NET (ƏRSOYUN BLOQU)
Geri qayıt