Əsas Səhifə > Partiya, Güney Press > "Hesabat versinlər, nə iş görüblər?.."

"Hesabat versinlər, nə iş görüblər?.."


12-12-2023, 06:45
"Hesabat versinlər, nə iş görüblər?.."
İctimai Şuraların yaradılması ictimai idarəetmədə vətəndaşların iştirakını və ictimai nəzarətin gücləndirilməsini təmin etməliydi. Eyni zamanda İctimai Şuraların fəaliyyəti sosial media ilə inteqrasiya olunmuş formada reallaşmalıydı. Eləcə də hər hansı bir problemlə bağlı qərarların qəbulu zamanı ictimai rəyin, vətəndaş maraqlarının nəzərə alınması da əsas məqsəd olmalıydı.
Amma bəzi İctimai Şura sədrləri və onların üzvləri nəzarət etməli olduqları nazirliklərə övladlarını, ailə üzvlərini işə düzəldir, bununla da həmin qurumdakı qüsurlar, özbaşınalıqlar, haqsızlıqlar ictimailəşdirilmir, nəzarət edilmir.

Övladı və ailə üzvləri həmin nazirlikdə, qurumda işləyən şəxslərin İctimai Şurada təmsil edilməsinə yol verilməməlidir.

Bugünədək Elm və Təhsil Nazirliyi yanında İctimai Şura və Dənizkənarı Bulvar İdarəsinin yanında İctimai Şuranın fəaliyyətini görmüşəm. Digərləri iki ildən artıqdır fəaliyyət göstərirlər, cəmiyyətə hesabat versinlər, nə iş görüblər?

Müəllif: Elyar İslamoğlu, ekspert
Təqdim etdi: DİA-AZ.COM (ƏRSOYUN BLOQU)
Geri qayıt