Əsas Səhifə > Partiya, Güney Press > Müsavat Partiyası seçkidə iştirak edəcəkmi?

Müsavat Partiyası seçkidə iştirak edəcəkmi?


10-12-2023, 08:46
Müsavat Partiyası seçkidə iştirak edəcəkmi?
Dekabrın 7-də ölkə rəhbərinin sərəncamı ilə gələn il fevral ayının 7-də növbədənkənar prezident seçkisi elan edilib.
Müsavat Partiyasının başqanı Arif Hacılı Bizimyol.info xəbər portalına gələcək seçki ilə bağlı rəhbərlik etdiyi partiyanın mövqeyini açıqlayıb.

"Bu seçkilərlə əlaqədar Müsavat Partiyasında müzakirələr gedir. Dünən Müsavat partiyası divanının növbədənkənar toplantısı keçirildi. Bu gün partiyanın qərargahında Müsavat partiyasının baza rayon təşkilatlarındakı sədrləri və fəalları ilə görüşümüz olub. Bu konsultasiyalar hələlik davam edir və düşünürəm ki, yaxın vaxt ərzində müvafiq qərar qəbul olunacaq" - deyə, Müsavat Partiyası başqanı bildirib.

Müəllif: Mətin Şükürlü - Mənbə: Bizimyol.info
Təqdim etdi: DİA-AZ.COM (ƏRSOYUN BLOQU)
Geri qayıt