Əsas Səhifə > Partiya, Güney Press > "Bu iqtisadi gedişatın axırı ölkəmiz üçün çox pis qurtaracaq"

"Bu iqtisadi gedişatın axırı ölkəmiz üçün çox pis qurtaracaq"


6-12-2023, 12:34
"Bu iqtisadi gedişatın axırı ölkəmiz üçün çox pis qurtaracaq"
"Hər kəs anlayır, bu iqtisadi gedişatın axırı ölkəmiz üçün çox pis qurtaracaq. 10 il sonra qonşularda orta aylıq maaş da bizdəkindən 2 dəfə çox ola bilər". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov qeyd edib.

Partiya sədrinin fikrincə, hazırda iqtisadiyyatımıza məsul şəxslərin əl-qolu buna görə tam açıqdır: "Ağlasığmaz nə mümkündürsə, hamısını etməkdə sərbəstdirlər. Çünki vaxtı yetişəndə siyasi rəhbərliyə bəhanə və qurbanlıq "günah keçisi" lazım olacaq. Bəs nə etmək lazımdır? İqtisadiyyat Nazirliyi, bir sıra başqa nazirlik və qurum kökündən ləğv edilməlidir. Onların yerində heç nə yaradılmamalıdır. Vergi Məcəlləsi indiki 600 səhifədən 100 səhifəyə sıxılmalıdır. Məhkəmələr tam sərbəst buraxılmalıdır. Tam, yəni qeyd-şərtsiz, əl yeri qoymadan. Hələ bunlar görüləsi işlərin minimumudur. Onda bu strateji geriləmənin qarşısı alınar".

Geri qayıt