Əsas Səhifə > Partiya, Güney Press > "Biz sahibi olduğumuz torpaqlarımızı dirçəldirik, inkişaf etdiririk..."

"Biz sahibi olduğumuz torpaqlarımızı dirçəldirik, inkişaf etdiririk..."


29-11-2023, 06:52
"Biz sahibi olduğumuz torpaqlarımızı dirçəldirik, inkişaf etdiririk..."
“Azərbaycan Prezidenti cənab İlham Əliyevin Xankəndidə Qarabağ Universitetin təsis olunması ilə bağlı sərəncamı çox böyük əhəmiyyətə malikdir”.

Bu sözləri Milli Məclisin deputatı Elman Nəsirov Cebhe.info-ya açıqlamasında deyib.

O vurğulayıb ki, bu, təkcə elmi-mədəni hadisə deyil, həm də siyasi əhəmiyyət kəsb edir:

“Prezident İlham Əliyevin formalaşdırdığı yenilməz ordu və xalqımız birgə səylərlə ərazi bütövlüyümüzü tam şəkildə bərpa etdi. 19-20 sentyabr tarixində keçirilən lokal antiterror tədbirləri nəticəsində suvereliyimiz tam şəkildə təmin edildi və hazırda Azərbaycan bayrağı bütün Qarabağ ərazisində dalğalanır”.

Elman Nəsirov bildirib ki, Xankəndi Qarabağın inzibati mərkəzidir:

“Qarabağın isə işğaldan azad edilməsinin çox böyük siyasi çəkisi var. Bu nöqteyi-nəzərdən Xankəndidə Qarabağ Universitetinin yaradılması bir daha bütün dünyaya nümayiş etdirir ki, Azərbaycan öz torpaqlarına sahibdir və o torpaqların inkişafı ilə bağlı addımlar atır. Bu addımlar isə həm geniş və əhatəlidir, həm də təhsili, elmi özündə ehtiva edir. Hesab edirəm ki, bu addımın atılması olduqca mühüm hadisədir”.

Millət vəkili qeyd edib ki, əgər gələcəkdə ermənilər Azərbaycan vətəndaşlığını qəbul edərək Qarabağda yaşasalar, onlar üçün də Xankəndidə açılacaq yeni universitetdə təhsil almaq imkanları yaranacaq:

“Bildirim ki, bu, sadəcə elmi-mədəni deyil, habelə çox böyük siyasi mənası olan hadisədir. Bu, Azərbaycanın gücünün və potensialının növbəti dəfə təzahürüdür. Biz sahib olduğumuz torpaqlarımızı dirçəldirik, inkişaf etdiririk. Bununla da öz niyyətimizi ortaya qoyuruq”.

Müəllif: Elmir Mustafa - Mənbə: Cebhe.info
Təqdim etdi: DİA-AZ.COM (ƏRSOYUN BLOQU)
Geri qayıt