Əsas Səhifə > Partiya, Güney Press > Köçəryanın, Sarkisyanın ataları azərbaycanlı olub?

Köçəryanın, Sarkisyanın ataları azərbaycanlı olub?


27-11-2023, 12:21
Köçəryanın, Sarkisyanın ataları azərbaycanlı olub?
Xəbər verdiyimiz kimi, ötən gün erməni bloger Natali Aleksanyan özünün Facebook səhifəsində sensasion təkliflə çıxış edib. O yazıb ki, mən Robert Köçəryan və Serj Sarkisyanın mənşəyini yoxlamaq üçün Azərbaycan rəsmi sorğu göndərə bilərəm:

“Hamı onların atalarının azərbaycanlı olduğundan şübhələnmirmi?”

Məsələyə Ağ Partiyanın başqanı Tural Abbaslının fikirlərini öyrəndik.

O, Bizim.Media-ya açıqlamasında bildirib ki, yaxşı olar ki, Aleksanyan təkcə Köçəryanla, Sarkisyanı yox, Ararat Mirzoyanı da, Samvel Babayanı da, ümumilikdə, Qarabağda yaşamış bütün erməniləri araşdırardı:

“Çünki bizim bəylər də “az aşın duzu deyillər”. Vaxtilə onlar Qarabağın dilbər guşələrində az səfa görməyiblər. Ən başlıcası oralarda tək olmayıblar. Yəni, bu ehtimal böyükdür. Bəlkə də ermənilərin bizə olan nifrətlərinin kökündə bizim babalarımızın onların nənələrinə qarşı elədikləri “günahlar” dayanır”.

Tural Abbaslı onu da əlavə etdi ki, özünə mədəni millət deyən birisinin kiminsə genetikasını yoxlatdırmaq istəyi onların faşist təfəkkürünə malik olduğunu göstərir:

“Terrorçu terrorçudur, cinayətkar cinayətkardır. Cinayətkarın milliyəti olmur. Maraqlı odur ki, Köçəryanın və Sarkisyanın genetik mənsubiyyətini yoxlamaq Aleksanyanın niyə indi yadına düşüb?! Qarabağı işğal edəndə, 30 il müddətində həmin əraziləri xarabazarlığa çevirəndə, qızıl dişə görə qəbirləri sökdürəndə, Xocalıda soyqırımı törədəndə, insanların cəsədindən “körpü” düzəldəndə niyə bu fərdlərin genetikasını yoxlatdırmırdılar?!

Axı, bu vəhşiliyi bəşər övladı edə bilməzdi...

İndi danışmaq, demək çox asandır. Yaxşı olardı ki, Ermənistanın ərazisində olanların hamısının genetikası yoxlanılardı. Çünki, bilinmir ki, onlar ermənidirlər, haydırlar, yoxsa qaraçıdırlar. Haradan gəlib, hara getdikləri bilinmir. Sonda Natali xanıma məsləhət görərdim ki, öz genetikasını da yoxlatdırsın. Görsün onun babası hansı millətin təmsilçisidir”.

Geri qayıt