Əsas Səhifə > Partiya, Güney Press > Suriya erməniiləri də Qarabağa QAYIDA BİLƏCƏK?

Suriya erməniiləri də Qarabağa QAYIDA BİLƏCƏK?


19-10-2023, 07:55
Suriya erməniiləri də Qarabağa QAYIDA BİLƏCƏK?
Prezident İlham Əliyevin Xankəndi, Xocalı və Ağdərədə Azərbaycan bayrağını qaldırması 30 illik münaqişəyə son qoydu və Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu.

Beləliklə Azərbaycana qarşı ərazi iddiası irəli sürən, bununla da kifayətlənməyib qanlı terrora əl atan separatçıların fəaliyyətinə son qoyuldu.

Prezident İlham Əliyev oktyabrın 17-də Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə bildirib ki, separatçıların kitabı birdəfəlik bağlandı:

“Bir çoxları təkrarlayırdılar ki, münaqişənin hərbi həlli yoxdur. Biz göstərdik ki, var və bu yaxınlarda bir daha göstərdik, bu mövzu bağlandı. Qarabağ münaqişəsi mövzusu birdəfəlik bağlandı".

Başqa sözlə, Azərbaycan Ordusu öz torpaqlarını düşmən işğalından azad edərək Qarabağ münaqişəsinin hərbi yolla birdəfəlik həllinə nail oldu.

DİA.AZ-ın məlumatına görə, Cebhe.info-ya açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri (AMİP) Arzuxan Əlizadə bildirib ki, Azərbaycan 30 il ərzində işğal altında olan ərazilərinin böyük hissəsini İkinci Qarabağ savaşında işğaldan azad etdi:

“Ondan sonrakı dönəmdə biz Qarabağda yaşayan ermənilərə dəfələrlə müraciət edirdik ki, Azərbaycan vətəndaşlığını qəbul edib Azərbaycan qanunları çərçivəsində yaşasınlar. Ancaq təəssuflər olsun ki, onlar fərqli yol tutdular. Revanşist fikirlə qondarma dövlət qurduğlarına inanıb Azərbaycanla müharibəni seçdilər.

Yəni müharibəni onlar seçdilər. Ona görə də Azərbaycan Ordusu 1 gün ərzində antiterror əməliyyatı başladaraq düşməni məğlub etdi. Bununla da Azərbaycan öz ərazi bütövlüyünu tam bərpa etmiş oldu. Artıq Azərbaycanın bütün ərazilərində qanunvericilik bərpa olunub. Beləliklə, Azərbaycan öz hərbi qüdrətini də göstərmiş oldu”.

Həmsöhbətimiz qeyd edib ki, erməni əsilli əhali Qarabağı tərk etməyi seçib:

“Qayıtmaq istəyənlər yanlız 1990-cı ildə orada yaşayan, qeydiyyatı olanlar olmalıdır. Onlar Azərbaycan vətəndaşlığı alıb, qanunlarımıza tam əməl etməklə yaşaya bilərlər”.

Geri qayıt