Əsas Səhifə > Partiya, Güney Press > "Azərbaycan nadir ölkələrdəndir ki, camaat özü təqaüdə çıxmaq istəmir"

"Azərbaycan nadir ölkələrdəndir ki, camaat özü təqaüdə çıxmaq istəmir"


15-10-2023, 08:23
"Azərbaycan nadir ölkələrdəndir ki, camaat özü təqaüdə çıxmaq istəmir"
DİA.AZ: - “Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib ki, “Bəziləri, pensiya yaşı 50-55 yaşa endirilməlidir, deyirlər. Bunu deyən şəxslər fərqində deyillər ki, araşdırma aparmadan dedikləri bu fikirlər Azərbaycanın gələcəyi üçün nələr vəd edir””.
DİA.AZ xəbər verir ki, bu barədə REAL partiyasının icra katibi Natiq Cəfərli özünün sosial şəbəkə hesabında yazıb.
“Yəni, nazir təqaüd yaşının azadılmasının əlehinədir - olsun, bu da bir mövqedir. Amma problem başqadır, zaman-zaman məmurlar bilərəkdən müzakirəni yaş məsələsinə tərəf aparırlar, bu doğru deyil, problem təqaüdün az olmasıdır. Azərbaycanda təqaüd yaşının az və çox olması əhalinin az maraqlandıran məsələdir, təqaüd daha aşağı, maaşlar daha çoxdur. Demirəm ki, təqaüd yaşı müzakirə olunmalı məsələ deyil, sadəcə bu ikinci dərəcəlidir. Əsas məsələ isə vətəndaşın özünü normal dolandıra biləcək təqaüdün almasıdır, bunu həll etmək lazımdır. Azərbaycan nadir ölkələrdəndir ki, camaat özü təqaüdə çıxmaq istəmir, müxtəlif yollarla işdə qalmağa çalışır, orqanik ağılla düşünür, bilir ki, təqaüdlə dolana bilməyəcək, maaşı daha yüksəkdir, hətta arada "çak-çuku" da olur. Bütün dünyada insanlar təqaüd yaşı artırılanda etiraz edirlər, bizdə imkan versələr camaat təqaüd yaşının artırılması tələbi ilə mitinq edərlər...”
Geri qayıt