Əsas Səhifə > Partiya, Güney Press > Dələduzluğa görə həbs edilən oğluna görə YAP-dakı vəzifəsini itirdi

Dələduzluğa görə həbs edilən oğluna görə YAP-dakı vəzifəsini itirdi


4-10-2023, 09:08
Dələduzluğa görə həbs edilən oğluna görə YAP-dakı vəzifəsini itirdi
Yeni Azərbaycan Partiyasının (YAP) Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov tutduğu vəzifədən azad olunub.

DİA.AZ bildrir ki, Gununsesi.info-nun əldə etdiyi məlumata görə, YAP-ın Goranboy rayon təşkilatına Naftalan şəhər Gənclər və İdman İdarəsinin rəisi, Yeni Azərbaycan Partiyası (YAP) Naftalan şəhər təşkilatı Gənclər Birliyinin idarə heyətinin üzvü Samir Qocayev təyin edilib.

Qeyd edək ki, Elçin İsmayılovun oğlu Şamil Cəfərzadə dələduzluq əməllərinə görə hazırda həbsdədir.

Ş.Cəfərzadə Cinayət Məcəslləsinin 178.3.3-ci maddəsi (dələduzluq) ilə ittiham olunur. Onunla bağlı şikayət üzrə Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi başlanıb.

Zərəçəkmiş şəxs Mamedov Farxad Salam oğlu təqsirləndirilənin dayısıdr, o Rusiya vətəndaşıdır və Estoniyanın paytaxtı Tallin şəhərində yaşayır.

O, öz vəsaiti hesabına “Khazar Fish” MMC və “Onestyle” MMC təsis edib. Onun dəstəyi ilə Şamil Cəfərzadə hər iki hüququ şəxsin təsisçisi və direktoru olub. Şikayətçi bildirib ki, Ş.Cəfərzadə və atası Elçin İsmayılova 220 min ABŞ dolları verib. Amma 2018-2019-cu illərdə Ş.Cəfərzadə həmin vəsait hesabına şirkət üçün alınan yük maşınlarını sataraq əldə olunan vəsaiti talayıb. O, Bakı şəhərində mənzillər və avtomobillər alıb.

Şikayətdə qeyd olunub ki, YAP sədri isə oğlu ilə şirkətə məxsus avtomobillərdə dəfələrlə xarici ölkələrdə olub.

Geri qayıt