Əsas Səhifə > Partiya, Güney Press > Müsavatın qurultay tarixi Hacıbala Abutalıbovdan asılıdır

Müsavatın qurultay tarixi Hacıbala Abutalıbovdan asılıdır


17-02-2014, 10:25
Müsavatın qurultay tarixi Hacıbala Abutalıbovdan asılıdır
“Müsavat Partiyasının Bakı şəhər İcra Hakimiyyətinə göndərdiyi müraciət bizim şöbəyə daxil olub. Hazırda müraciətə baxılır”.

Bunu AzVsiion.az-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi Təşkilatlar və Siyasi Partiyalarla İş Şöbəsinin müdiri Zaur Ramazanlı deyib.
O bildirib ki, müraciət ötən həftənin cümə günü müvafiq şöbəyə daxil olub.

Müsavata nə vaxt cavab veriləcəyinə gəlincə isə Z.Ramazanlı deyib ki, bu, hələ məlum deyil.

Qeyd edək ki, Müsavat Partiyası ötən gün qurultay üçün yer ayrılması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlauyıb. Müraciətdə partiyanın mayın 24-də keçirilməsi planlaşdırılan qurultayı üçün 800-1000 nəfərlik müvafiq zal ayrılsın.

Geri qayıt