Əsas Səhifə > Partiya, Güney Press > İlham Əliyev həmişə güclü olub...

İlham Əliyev həmişə güclü olub...


24-09-2023, 09:06
İlham Əliyev həmişə güclü olub...
Türkiyədə bir din adamı vardı, Atatürkü sevmirdi. Çıxışlarının birində "kaş yunan qalib gəlsəydi" demişdi. Çox təəccüblənmişdim, fikrimdən, xəyalımdan çıxmayacaq bir təəccüb idi. İndi anoloji durumu biz yaşayırıq. Ərazi bütövlüyünü, zəfəri, qələbənin tamamlanmasını arzuladığımız, ordunun qalibiyyətinə sevindiyimiz üçün bizi təhqir edirlər. Bir neçə screen gəldi, üç gündür anlamağa çalışıram. "Qarabağda tam zəfər qazansaq Əliyevi bir də devirə bilmərik, daha da güclənər" kimi sayaqlamalara şahid oldu bu qulaqlar. Əliyev həmişə güclü idi, onsuz da həmişə oyunu diktə edən tərəf idi. Ən azından indi yaralarını sağaltmağa çalışan bir dövlət var.
Buyurun, bunları yazdığım üçün də təhqir edin. Uzaqbaşı pis olub bir neçə gün bir şeylər toxuyub, kitab oxuyub özümə gəlməyə çalışacam. Ama təhqirləriniz həqiqəti dəyişməyəcək.

Şəbnəm Qarslı - DİA.AZ
Geri qayıt