Əsas Səhifə > Partiya, Güney Press > "Söyüdlü hadisələrinin təşkilati işlərində heç bir rolum olmayıb"

"Söyüdlü hadisələrinin təşkilati işlərində heç bir rolum olmayıb"


19-09-2023, 07:51
"Söyüdlü hadisələrinin təşkilati işlərində heç bir rolum olmayıb"
DİA.AZ: - Hazırda həbsdə olan sabiq deputat Nazim Bəydəmirli ictimaiyyət üçün bəyanat yayıb.

DİA.AZ bildirir ki, “Müdafiə Xətti” İnsan Hüquqları Təşkilatı tərəfindən açıqlanan bəyanatda sabiq deputat ittihamları rədd edib:

“Mən qətiyyən elan olunan ittihamları qəbul etmirəm. Özümü bir daha “ekologiya məhbusu” kimi elan edirəm. Dövlət rəhbərliyinə məlumatlar çatdırılıb ki, guya mən Gədəbəy rayonu, Söyüdlü kəndində baş verən etiraz aksiyalarının təşkilati tərəflərini təmin etmişəm. Baxmayaraq ki, həmin hadisələrin təşkilati və s. tərəflərində heç bir rolum olmayıb.

Mən burada girovam”.

Geri qayıt