Əsas Səhifə > Partiya, Güney Press > "Nə Rusiyanın, nə də Ermənistan millətçilərinin analiz etmək qabiliyyətləri yoxdur"

"Nə Rusiyanın, nə də Ermənistan millətçilərinin analiz etmək qabiliyyətləri yoxdur"


11-09-2023, 00:15
"Nə Rusiyanın, nə də Ermənistan millətçilərinin analiz etmək qabiliyyətləri yoxdur"
DİA.AZ: - "Qarabağda erməni problemi varmı? Əhalisinin sayı Azərbaycanın ümumi əhalisinin 0.1 faizini,sahəsi 2.5 min kvadrat kilometr olan hər tərəfdən azərbaycanlıların yaşadıqları rayonların əhatəsində olan bir ərazidə necə problem yaratmaq olar,mümkün deyildir". DİA.AZ bildirir ki, bunu açıqlamasında hazırda mühacir həyatı yaşayan keçmiş Milli Məclis sədri Rəsul Quliyev qeyd edib.
Sabiq spiker daha sonra bildirib: "Göydəki peyklərdən şəkillərini çəkib orada yaşayanların sayını saysaq maksimum 10 min adamın olub olmadığını müəyyənləşdirmək olar.Onların nə qədərinin keçmişdə burada yaşayanlar, nə qədərinin RF və başqa ölkələrdən müəyyən vədlərlə bura köçürüldüyünü müəyyənləşdirmək böyük bir problem olmaz.
Balaca bir ərazidə qondarma prezident seçkisi keçirməyə heç bir ağlı başında olan millətçi belə getməz.Əgər belə bir ağılsız addımı atmağa cəsarəti çatanlar varsa demək onları bu işi görməyə sövq edənlər var. Daha doğrusu bu işi gördürən yeganə qüvvə Putin rusiyasıdır.Baxmayaraq bütün dünya tərəfindən qəbul edilməyən saxta seçkilər Putinin aləmində rusiyanın böyük zəfəridir.Putin bu seçkiləri dini rituallar səviyyəsinə qaldırıb. Ukrainada işğal etdiyi ərazilərdə keçirdiyi saxta seçkiləri Xankəndindəki saxta seçki ilə sinxronlaşdırıb. Bu adam xəstədir,özünün düzəltdiyi dünyada qeyri real həyatda yaşayır.

Onun nə istədiyi hamıya məlumdur. Güçlü kəşfiyyat təşkilatların olmasa belə onun nə istədiyini anlamaq çətin deyildir. Ukraina müharibəsində həm beynəlxalq aləmdə, həmdə cəbhədə uduzur, ancaq bunu qəbul etmir, çünki uduzduğunu anlamır,çünki onun öz aləmi var ,o aləmdə əksinə o udur, Ukrainanı özünə tabe edir, Lukaşenko kimi birisini prezident təyin edir, ondan sonra keçir Qazaxstana ,Astana başda olmaqla Şimalı və ya Şərqi Qazaxstan yaradır,sonrada onu Rus imperiyasına birləşdirir.
Ermənistanda Paşinyan hakimiyyətə gəldiyi gündən onu zorla devirmək yerinə Sarkisyan və ya Koçaryan tipli birisini gətirmək istəyir. Kiçik bir Ermənistanda bu işi görə bilməməsi onu rahat yatmağa qoymur. Azərbaycan işğal olunmuş torpaqlarını azad etməyə qalxanda bir iki rayon azad olunduqdan sonra ermənilər, (Koçaryan və Sarkisyanda söz vermişdilər) Paşinyanı yıxacaqlar, o təntənə ilə kimisə prezident qoyacaq və müharibəni saxlatdıracaq ümidi ilə yaşayırdı.Öz aləmində bu günü gözlədiyi vaxt Azərbaycan ordusu Şuşanı azad etdi və faktiki qalmış sınıq salxaq erməni ordusunu mühasirəyə aldı.Putin gözləmədiyi və plan qurmadığı B planını həyata keçirməyə məcbur qaldı.Yəni faktiki Xankəndini işğaldan azad etməyə imkan vermədi.Bütün torpaqların azad edilməsi və işğalçıların təmizlənməsinə maksimum iki gün qalmış müharibə dayandırıldı. Bu 2020-ci il idi.Hələ heç kim Rusiya ordusunun 2-ci yox blef ordu olduğunu bilmirdi.Ukraina müharibəsi başlanmamışdı.

Müharibədən sonra Putin bütün gücünü Paşinyanı işdən çıxarmağa yönəltdi. Ancaq Paşinyan seçkilər keçirdi və uddu,Putinin ağzına tərs bir sillə ilişdirdi.Putin siyasi arenada da, terror planında da Paşinyana qələbə çala bilmədi. Koçaryan və Sarkiyanı finanslaşdırmağı saxladı Rusiyada və Ermənistanda yaşayan başdan xarab millətçiləri işə saldı. Əslində ermənilər artıq bir neçə dəfə Putinə yox deyib, ancaq onun aləmində ermənilər onu sevir.
Rusiya ordusu Xankəndində oturub. Vəzifəsi Azərbaycan qanunlarının yerinə yetrilməsini təmin etmək, qeyri qanuni hərəkətlərin baş verməsinə mane olmaqdır. Erməni separatçıları kiçik də olsa Xankəndində silahlı qüvvələr yaradıb,onun qarşısını almaq vəzifəsini görmək əvəzinə Rusiya onları silahlandırıb.Bu silahları mütamadi qonşu rayonlara qarşı istifadə edirlər.Rusiya vəndaşları olan Babayn kimi birisini gətirib qurduğu qondarma bir quruluçda aparıcı rollardan birini verib.Rusiya XİN gecə gündüz Paşinyanın əleyhinə notalar verir.

Nə Rusiyanın nə də Ermənistan millətçilərinin analiz etmək qabiliyyətləri yoxdur.Əgər bir qədər düşünə bilsəydilər nə ABŞ nə də Avropa ittifaqının heç vaxt Azərbaycanın əleyhinə getməyəcəklərini bilərdilər.Çünki son 2 ildə Prezident Əliyev həm ABŞ həmdə Aİ-nın liderləri ilə çox yaxşı münasibətlər yaradıb və Azərbaycanın siyasətinin nədən ibarət olduğunu başa sala bilibdir.Ermənistan Rusiya ilə silahdaşlıq edendə Azərbaycan Aİ-ilə qaz müqaviləsi imzalayıb. Ermənista Putinin tələbi ilə Ukrainanın əleyhinə danışanda Prezideünt Əliyev Ukrainaya humanitar yardımlar göndərirdi.Paşinyanın qərb yönlü olduğu məlum idi. Ancaq atdığı addımlar qərb yönlü deyildi. 15-20 gündür Paçinyan ayılıb Avropa ittifaqı və ABŞ-a mesajlar göndərir. Azərbaycanın qərb pozisiyası, Ukraynaya münasibəti müharibə başlayandan məlumdur.Qərbdən başqa Azərbaycanın siyasətini demək olar ki,1.7 milyardlıq müsəlman dünyası dəstəkləyir. Türkiyənin dəstəyi bir mənalıdır. Bunları həm erməni millətçiləri həmdə Putin rusiyası unutmamalıdırlar. Putinin b planının davamıda var. UkraİNA müharibəsindən sonra Qazaxstanın böyük bir hissəsini işğal edib imperiyasına qatmaqdan sonra Xankəndində saxta referendum keçirib Rusiyaya birləşdiyini elan etməkdir. Ümid edirəm ki, bu ağlını itirmiş adam o qədər yaşamaz.Ancaq dəlilərin ömrü uzun olur".
Geri qayıt