Əsas Səhifə > Partiya, Güney Press > "Bunların addımları Rəsulzadə prinsiplərinə ən böyük xəyanətdir"

"Bunların addımları Rəsulzadə prinsiplərinə ən böyük xəyanətdir"


13-02-2014, 13:01
"Bunların addımları Rəsulzadə prinsiplərinə ən böyük xəyanətdir"
Müsavat Partiyası Gənclər Təşkilatında qalmaqal yaşanır.

Gənclər Təşkilatının qalmaqallı qurultayından bu günədək 8 nəfər gənc müsavatçı qurumdan xaric olunub. Bu gün isə daha iki müsavatçı, Cavanşir Abbaslı və Kərim Kərimli partiyanın Gənclər Təşkilatından səbəb göstərilmədən çıxarılıblar.

Bu haqda Avropa.info-ya Cavanşir Abbaslı məlumat verib:

"İndiyə kimi 8 gənc partiya və gənclər təşkilatından çıxarılıb. Bu gün də xəbərimiz belə olmadan mən və Kərim Kərimli təşkilatdan çıxarılmışıq. Bizimlə rəqabət aparmaq gücündə olmayan zavallılar gəncləri çıxarmaq üçün gizlin iclas keçirirlər. Bu "təmizləmə" siyasətini sadəcə bir qorxaqlıq adlandırıram. Bu müsavatçılıq ideyasına, Rəsulzadə prinsiplərinə ən böyük xəyanətdir. Səbr etdik, bunlar səbrimizdən sui-istifadə etdilər.Artıq bunlara dur deməyin zamanıdır. Bütün bunları partiya daxilində bizə qarşı olan hücumların davamı kimi görürük. Çox təəssüflər olsun ki, biz gənclər artıq iki cəbhədə-həm hakimiyyətlə, həm də daxilimdə olan "müxalifət" lə mübarizə aparırıq. Bu barədə çoxdan səbr edib, həyata keçirə bilmədiyimiz tədbirləri görəcəyik. Yaxın günlərdə bizim verəcəyimiz qərarı ,ölkəmizin güclü gənclər təşkilatlarından birini bütün mətbuat görəcək. Tapdalanan haqqımız uğrunda sona qədər mübarizə aparacağıq.Müsavat Partiyası rəhbərliyinə müraciət edib,gələcəkdə partiyanı gözləyəcək təhlükələri qarşılamağa çağırıram. Əks halda bunun sonu heç də yaxşı olmayacaq. Xatırladım ki, indiyə qədər Orxan Eyyubzadə, Samir Poladov partiyadan, Azər İnqilabci, Fərid Həsənsoy, Nicat Sərdar , İlkin Sərdar, Kərim Kərimli və mən gənclər təşkilatından çıxarılmışam".

Geri qayıt