Əsas Səhifə > Partiya, Güney Press > Novella Cəfəroğlu Bəxtiyar Hacıyevin mesajına belə reaksiya verdi

Novella Cəfəroğlu Bəxtiyar Hacıyevin mesajına belə reaksiya verdi


28-08-2023, 16:33
Novella Cəfəroğlu Bəxtiyar Hacıyevin mesajına belə reaksiya verdi
İnsan hüquqları müdafiəçisi Novella Cəfəroğlu hazırda həbsdə olan siyasi fəal Bəxtiyar Hacıyevin həbsxanadan ona ünvanladığı mesaja reaksiya verib.
DİA.AZ gununsesi.info-ya istinadla bildirir ki, hüquq müdafiəçisi heç zaman Hacıyevin Soros fondundan pul alması barədə fikir söyləmədiyini deyib.

“Birincisi, kim sənə o sözü deyib, savadsızdır. Soros ermənini maliyyələşdirir bizə qarşı , mən bunu bilə- bilə bu sözü demərəm. Kiminsə xoşuna nə gəlib, onu mənim adimdan yayıb. İkincisi, mən ən birinci Prezidentə məktub yazanda sənin azadlığın üçün qol çəkmişəm. Mən sənin xanimlar haqqında dediyin sözlərə nifrət etdim. Amma yenə də sənin həbsdə olmağinin tərəfdarı deyiləm. Üçüncüsü, səni birinci dəfə həbs edəndə elə bizə şəxsən özün təşəkkür etdin. Öz dostlarına denən, artıq- əskik söz danışmasinlar”.

Qeyd edək ki, Hacıyev məhkəmədən ünvanladığı mesajda deyib:

“İnsan haqlarını müdafiə eləyə bilmirsən, heç olmasa şaiə yayma. Orduya yardım kampaniyası insanlarımızın ciblərindən kəsərək verdiyi yardım hesabına maliyyələşib, Soros Fondu tərəfindən deyil. Ən həssas dönəmdə insanlarımızın həmrəylik nəticəsində ordunun yanında olmalarına kölgə salmaq sadəcə sifarişli hərəkətdir”.

Geri qayıt