Əsas Səhifə > Partiya, Güney Press > Tanınmış yazar partiya sədri ilə qalmaqalına yeni ŞTRİX ATDI...

Tanınmış yazar partiya sədri ilə qalmaqalına yeni ŞTRİX ATDI...


16-08-2023, 11:59
Tanınmış yazar partiya sədri ilə qalmaqalına yeni ŞTRİX ATDI...
DİA.AZ: - Tanınmış yazar Kəramət Böyükçöllə Ağ Partiyanın sədri Tural Abbaslı arasında ara-sıra mehriban əsintilərin baş verməsi yerli KİV-dən və sosial şəbəkəlrdən hər kəsə məlumdur. DİA.AZ bildirir ki, bu münasibətlər uzun müddət hətta müzakirə predmeti də olub.

Amma neçə müddət idi ki, sözügedən "cəbhə"də sakitlik müşahidə olunurdu. Amma uzun çəkmədi. Tanınmış yazaarımzı yenə də sükutu pozan tərəf oldu. Beləliklə, dia.az olaraq Kəramət Böyükçölün Tural Abbaslı ilə bağlı son paylaşımını təqdim edirik:

"Qabaq bir şəbəkə fəaliyyət göstərirdi. Bir nəfər gedib 1500-2000 min verib qızıl saat alır. Sonra buna deyirlər ki, sən get iki nəfər tap, onların hərəsi də 1500-2000 verib hərəsi bir qızıl saat alır. Onların da hərəsi iki nəfər tapır. Onların da hərəsi iki nəfərin başını yeyir. Guya birinci adam axırda böyük bir qızıl saat alan dəstənin başçısı olur. Bu oturur evdə, bütün günü də kartına pul gəlir. Bu söhbətə adamları necə inandırmışdılarsa, gündə bəlkə, 10 dost-tanış məni aparıb zəncirinin bir halqası eləmək istəyirdi. Bir qız vardı. Əvvəl dost olmuşduq. Sonra aramız dəymişdi. Nə qədər yazırdım, cavab vermirdi. Aradan bir il keçəndən sonra gecə qız mənə yazdı ki, salam, Kəramət. Necəsən? Sənə təcili görüşmək istəyirəm. Vacib bir işim var. Hər ikimiz üçün də uğurlu olacağına əminəm. Yüz faiz bildim ki, bunun da başın yeyib aparıb o şəbəkəyə qoşublar. Yoxsa bu hara, mənlə belə mədəni hal-əvhal hara, uğur-muğur söhbətləri hara... Səhər görüşən kimi dedim ki, mənim başımı pişirib heç hara aparıb qoşma, gedən deyiləm. Qız nə qədər elədi, məni inandıra, ümidləndirə bilmədi.
İndi Tural Abbaslının partiyası da o şəbəkə kimi işləyir. Bir nəfər gedib üç nəfər tapır, o üç nəfərin də hərəsi gedib üç nəfər tapır. Amma Tural heç birinə qızıl saat yox, hərəsinə bir dönər aldırır, üstündə balaca bir ümid verir. İnsan nə qədər çarəsiz və həyatdan əlini nə qədər üzməlidir ki, gedib Turala inansın..."

Təbii ki, dia.az olaraq qarşı tərəf kimi hörmətli Tural bəyi də dinləməyə hazırıq...

Geri qayıt