Əsas Səhifə > Partiya, Güney Press > Anti-terror əməliyyatına ehtiyac var

Anti-terror əməliyyatına ehtiyac var


15-08-2023, 06:26
Anti-terror əməliyyatına ehtiyac var
Separatçıların başçısı Araik Arutyunyan ard-arda sərsəm bəyanatlarla çıxış edir. Hər zaman olduğu kimi baş separatçı yenə də terrorçu xisləti ilə fərqlənir. O, heç bir halda Azərbaycanın təkliflərini qəbul etməyəcəklərini bildirir. Şübhəsiz, baş separatçının bəyanatları açıq-aşkar terrora çağırış, Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınmış ərazi bütövlüyünə qəsddir. Üstəlik, Araikin açıqlamasından bəlli olur ki, separatçılar Qarabağdakı erməniləri də girov saxlayırlar.

Onlar sadə ermənilərdən terrorçu məqsədləri üçün yararlanırlar. Belə məqamda antiterror əməliyyatına başlamaqdan savayı Azərbaycanın çıxış yolu qalmır. Çünki terrorçular məqsədlərini açıq şəkildə bildirir, silahlı mübarizə aparacaqlarını deyirlər. Ona görə də hesab olunur ki, "Qisas 3" adlı anti-terror əməliyyatlarına başlamağın vaxtı çatıb. Xatırladaq ki, Azərbaycan Ordusu qısamüddətli bir neçə uğurlu əməliyyatla qanunsuz erməni silahlılarının mövqelərini məhv edib, düşməni zərərsizləşdirib. O cümlədən, mühüm strateji yüksəkliklər nəzarətə götürülüb.

DİA.AZ-ın məlumatına görə, Azad Vətən Partiyasının sədri Akif Nağı "Sherg.az"a açıqlamasında bildirib ki, müharibədən sonrakı hadisələrin gedişatı göstərir ki, erməni tərəfi ancaq güc və təzyiq qarşısında geri çəkilir.

Partiya rəhbərinin fikrincə, xüsusən separatçılarla, revanşist qüvvələrlə hansısa diplomatik yollarla əlaqə qurmaq effektsizdir:

"Erməniləri görüş və təmaslarla, reinteqrasiya prosesi ilə yola gətirmək mümkün deyil. 30 illik işğal dönəmində gedən proseslər və son nəticədə 44 günlük müharibə ən mühüm təcrübədir. İllərlə ermənilərdən danışıqlarda normal iştirak və beynəlxalq aləmdən "ədalət" gözlədik. Uzun müddət sonra əmin olduq ki, müzakirələr mənasızdır. Ona görə də hərbi güc tətbiq edərək torpaqlarımızı işğaldan azad etdik. 2020-ci ildən bu yana, üç il müddətində Qarabağ ətrafında proseslər cərəyan edir. Azərbaycan tərəfi üzərinə düşən bütün öhdəlikləri artıqlaması ilə həyata keçirir. Qarabağda qalıb yaşamaq istəyən ermənilərlə bağlı hər cür təminatı veririk. Onlara vətəndaşlıq veriləcəyi, haqq-hüquqlarının və təhlükəsizliklərinin təmin olunacağını deyirik. Hətta separatimzdən uzaqlaşacağı təqdirdə bəzi ermənilərə amnistiya verilməsi məsələsi də gündəmə gətirilir. Səbrlə qanunsuz silahlı birləşmələrin torpaqlarımızdan çıxarılmasını gözləyirik. Əgər ermənilərdə və onlara dəstək verənlərdə ədalət olsaydı, indi nəticələr başqa olardı. Lakin biz tamamilə əksini müşahidə edirik".

A.Nağı əlavə edib ki, ermənilər hay-küylə Azərbaycanı suçlyır, təxribatlara ara vermirlər:

"Separatçılar silahlandırılır, pozuculuqla məşğul olurlar. Beynəlxalq təşkilatlar isə ermənilərin uydurduqları xəbərləri fərqinə varmadan, yaxud da qərəzli olaraq təkrarlayırlar. Güc tətbiqi qaçılmazdır. Növbəti anti-terror əməliyyatlarına böyük ehtiyac yaranıb. Çalışmaq lazımdır ki, az qan tökülsün. Onsuz da ermənilərin Azərbaycan Ordusuna müqavimət göstərəcək imkanları yoxdur. İndiyədək yumşaq siyasətə üstünlük vermişik, geniş hərbi əməliyyatlara başlamamaşıq. Hesab edirəm ki, Xankəndi də daxil olmaqla lokal, bir neçə günlük anti-terror əməliyyatı ilə həmin bölgəni tam şəkildə nəzarət altına almalıyıq".
Geri qayıt