Əsas Səhifə > Partiya, Güney Press > “Kimsə tənqidimi rahat tapa bilməsin deyə, hakimiyyət...”

“Kimsə tənqidimi rahat tapa bilməsin deyə, hakimiyyət...”


14-08-2023, 10:40
“Kimsə tənqidimi rahat tapa bilməsin deyə, hakimiyyət...”
“Rəqəmsal totalitarizm laboratoriyası - Ağalı kəndinin - Qarabağa qayıdışın modeli kimi məqbul olmadığına dair çıxışlarıma yarım milyondan çox baxış olub deyə, indi bu tənqidimi Google və s. kimi axtarış sistemlərində “vurmaq” üçün hakimiyyət yeni dövrün informasiya müharibəsi üsullarından daha birini istifadə edir”.
DİA.AZ yeniavaz.com-a istinadla xəbər verir ki, bunu ReAL Partiyasının sədri İlqar Məmmədov sosial şəbəkə hesabında yazıb.
“Onun Trend, Azərtac, Day.az və s. kimi aparıcı xəbər saytları Ağalıya qayıdış haqqında “Çox fərəhli bir gündür - İlqar Məmmədov” eyni başlıqlı və məzmunlu məqalələr dərc edib. Məqalələrdə İlqar Məmmədov adlı sakinin Ağalıya qayıtmasından necə xoşbəxt olması haqda bəhs edilir. Məqsəd aydındır: indi və gələcəkdə, kimsə Ağalı kimi totalitarizm laboratoyalarına dair mənim tənqidimi rahat tapa bilməsin deyə, onu internet “efirində” vururlar - necə ki, Sovet vaxtı Türkiyə və digər xarici radio dalğalarına qarşı xüsusi boğucu stansiyalardan istifadə edilirdi. Texniki vasitələr dəyişir, amma totalitarizmin insan azadlığına qarşı mübarizəsi zəifləmir”, - İ.Məmmədov qeyd edib.

“Kimsə tənqidimi rahat tapa bilməsin deyə, hakimiyyət...”

Geri qayıt