Əsas Səhifə > Partiya, Güney Press > Dövlət qapısını vətəndaşının üzünə bağlaya bilməz

Dövlət qapısını vətəndaşının üzünə bağlaya bilməz


14-08-2023, 09:49
Dövlət qapısını vətəndaşının üzünə bağlaya bilməz
Azərbaycan-Gürcüstan sərhədində ölkəyə keçə bilməyən vətəndaşımızla bağlı dünən sosial şəbəkələrdə və mediada yazılanlar böyük rezonansa səbəb olub.

Qeyd edək ki, Gürcüstanda yaşayan siyasi fəal Samirə Bayramova ac və yorğun Azərbaycan vətəndaşının sərhəddə pasport əlində vətəninə buraxılması üçün yalvardığını yazıb.

DİA.AZ bildirir ki, vəkil Cavad Cavadov Gununsesi.info-ya açıqlamasında dövlətin vətəndaşının üzünə öz qapısını bağlamasını qanunsuz hərəkət kimi qiymətləndirib:
“Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinin IV bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır.
Azərbaycan Respublikasının vətəndaşlarının quru sərhəddən ölkəyə qayıtmaq hüququ məhdudlaşdıra bilməz”.

Vəkil deyir ki, bu hüquq azadlıq hüqununun bir hissəsidir və azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər.

Geri qayıt