Əsas Səhifə > Partiya, Güney Press > AİP-dən Ayətullah Xamenei və Həsən Ruhaniyə məktub

AİP-dən Ayətullah Xamenei və Həsən Ruhaniyə məktub


11-02-2014, 09:03
AİP-dən Ayətullah Xamenei və Həsən Ruhaniyə məktub
Azərbaycan İslam Partiyası İİR-in Dini Rəhbərini və Prezidentini, İran xalqını İslam İnqilabının 35-ci ildönümü münasibətilə təbrik edib

DİA.AZ-ın partiyanın rəsmi saytı "İslaminsesi"-nə istinadən verdiyi xəbərə görə, təbrikdə deyilir:

"İran İslam İnqilabının banilərindən olan, dünya müsəlmanlarının lideri, mərceyi-təqlid, Ayətullah-üzma, Seyyid Əli Xameneyi Həzrətlərinə, İran İslam Respublikasının Prezidenti Ayətullah Həsən Ruhani Cənablarına

Bismillahir Rəhmanir Rəhim!

Sizləri, ölkənizin şəhidpərvər xalqını İran İslam İnqilabı qələbəsinin 35-ci ildönümü münasibətilə təbrik edir, çoxmillətli İran dövlətinə sülh, əmin-amanlıq, insanlarınıza xöşbəxtlik, səadət, xoş güzəran arzulayırıq.Planetimizə yeni dönəm gətirən İran İslam İnqilabı dünya müsəlmanları üçün azadlıq simvoluna çevrilmişdir. İslam dininin əsl dəyərlərini özündə ehtiva edən ictimai münasibətlər ölkənizin Böyük Qələbədən sonarakı qısa müddətdə iqtyisadi, siyasi, mədəni quruculuq, elmi-texniki, tibbi sahələrdə sürətli inkişafına təkan verdi. Ölkənizə yenilməz rəhbərliyiniz sayəsində xalqlarımız və dövlətlərimiz arasıda mədəni- tarixi əlaqələr vüsətlə inkişaf etməkdə, genişlənməkdədir. Yeni məna və məzmun kəsb edən bu əlaqələr çirkin niyyətli qütblərin ciddi narahatlığına səbəb olur.

Buna baxmayaraq İslam İnqilabı liderlərinin, başda mərhum İmam Xomeyni Rizvanullah olmaqla dünya müsəlmanlarının oyanışı və inkişafı, azadlıq mübarizələri baxımından tarixdə qoyduqları ənənələr bu gün də yaşadılır və yaşadılacaqdır.

Bu gün dünyanın istismarçı siniflərini həmçinin İranın nüvə enerjisi sahəsindəki yeni nailiyyətləri narahat edir. Onlar dünyanın bütün sərvətlərini nəzarətə götürmək üçün ölkənizi böyük və keçilməz maneə kimi görürlər. Amma İran xalqının monolitliyi ona olan həmlələri puça çıxarır, ona qarşı qıcanan dişləri qırır. Haqqa söykənən inkişaf xalqınızın xoşbəxtliyinə xidmət etdiyi üçün dayanmır, irəliləyir.

Sizlərə və ulu xalqınıza qazandığınız uğurlarda daha yüksək nailiyyətlər arzulayır, Allahdan əyilməz vücudunuza sağlamlıq, xalqınıza daha firavan həyat diləyirik.

Hörmətlə, Azərbaycan İslam Partiyası.

10.02.2014"

Geri qayıt