Əsas Səhifə > Partiya, Güney Press > "Ermənistan hələ də sülhün imzalanmasını manipulyasiya etməyə çalışır"

"Ermənistan hələ də sülhün imzalanmasını manipulyasiya etməyə çalışır"


3-08-2023, 06:57
"Ermənistan hələ də sülhün imzalanmasını manipulyasiya etməyə çalışır"
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Şuşada “Euronews” televiziyasına müsahibədə Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına Rusiyanın, ABŞ və Qərbin təşəbbüslərinə fikir bildirəndə qeyd etdi: “Müəyyən siyasi rəqabəti, bəzi iştirakçıların daha fəal olmaq cəhdlərini anlayırıq, lakin biz bunu yalnız alqışlaya bilərik. Əgər sağlam rəqabət olarsa, onun yalnız yaxşı nəticələri olacaq””…
DİA.AZ bildirir ki, bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Azər Badamov danışıb. O, qeyd edib ki, bu gün sülh müqaviləsinin imzalanması ilə bağlı təşəbbüsün hardan gələcəyi bizi o qədər də maraqlandırmır. Bizə maraqlandıran nüans, nəticə yönümlü təşəbbüs görməkdir. Azərbaycan müharibəni bir daha istəmədiyini və Ermənistanla sülh müqaviləsinin imzalanmasını istədiyini bəyan edib.

Deputat qeyd edib ki, Ermənistan hələ də sülhün imzalanmasını manipulyasiya etməyə çalışır. Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılmasını sülh yolu ilə həyata keçirməyə ümidli olduğuna görə bütün təşəbbüslərə qoşulur.

“Ermənistanla sülh müqaviləsinin imzalanmasına sağlam təşəbbüslərin olması bizi sülhə daha da yaxınlaşdırır və ilin sonuna qədər bu sazişin imzalanması ehtimalını artırır.”-deyə deputat vurğulayıb.
Geri qayıt