Əsas Səhifə > Partiya, Güney Press > Erməniləri Azərbaycan tərbiyələndirə bilər

Erməniləri Azərbaycan tərbiyələndirə bilər


2-08-2023, 05:18
Erməniləri Azərbaycan tərbiyələndirə bilər
“Ermənistan Azərbaycana qarşı nifrət siyasətini və dözümsüzlüyünü davam etdirir. Belə ki, sosial mediada erməni istifadəçilərin azərbaycanlılara qarşı nifrət dolu təhqirləri əks etdirən mesajları bir daha onu göstərir ki, Ermənistan siyasi rəhbərliyi Azərbaycana qarşı uzun müddətdir ki, nifrət siyasətini davam etdirir”.

Bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva sosial media hesabında yazıb.

DİA.AZ-ın məlumatına görə, ombudsmanın fikirlərinə münasibət bildirən millət vəkili Fazil Mustafa "Sherg.az"a açıqlamasında bildirib ki, erməni xalqının mövcudluğu nifrət üzərində qurulub:

"Səbinə Əliyeva önəmli məsələyə toxunub. Erməniliyin əsas təyinatlarından biri nifrətdir. Bu xalqın mövcudluğu kin üzərində qurulub. Hansısa saxta soyqırımını və yaxud müəyyən iztirab hallarını uyduraraq dünya xalqlarına özlərini yazıq millət kimi təqdim edir və bununla qürur duyurlar. Bir balaca dirçələn kimi öz nifrətlərini daha kəskin formada ortaya qoyurlar. Ona görə də belə millət bəşəriyyət üçün ləkədir".

Deputat bildirib ki, Ermənistanın tərbiyələnməsi Azərbaycanın köməyi ilə mümkün ola bilər:

"Çünki onların dilini biz yaxşı bilirik. Uşaqların islah olunması üçün müəyyən məktəbə qoyurlar. Bunları o məktəb belə tərbiyə etməz. Ancaq "dəmir yumruq"la tərbiyə oluna bilərlər. Ermənilər anlamalıdılar ki, bu bölgədə insan kimi yaşamağa məhkumdurlar".
Geri qayıt