Əsas Səhifə > Partiya, Güney Press > Amerikadan Qubad İbadoğlu ilə bağlı rəsmi Bakıya ÇAĞIRIŞ

Amerikadan Qubad İbadoğlu ilə bağlı rəsmi Bakıya ÇAĞIRIŞ


25-07-2023, 10:29
Amerikadan Qubad İbadoğlu ilə bağlı rəsmi Bakıya ÇAĞIRIŞ
ABŞ Dövlət Departamenti Azərbaycanda həbs edilən müxalifət partiyasının sədri Qubad İbadoğlunun həbsini yaxından izlədiyini bildirib.

DİA.AZ bildirir ki, bu barədə TURANın Vaşinqton müxbiri xəbər verir.

“Biz Qubad İbadoğlunun həbsini yaxından izləyirik… Birləşmiş Ştatlar insan hüquqlarına və əsas azadlıqlara hörmətin artırılmasına qətiyyətlə sadiq qalır”, – Dövlət Departamentinin sözçüsü Metyu Miller gündəlik mətbuat brifinqində TURANın suallarını cavablandırarkən deyib.
“Biz Azərbaycanı öz vətəndaşlarının, o cümlədən Qubad İbadoğlunun Azərbaycanın konstitusiyasına və beynəlxalq öhdəliklərinə uyğun olaraq insan hüquqlarını və əsas azadlıqlarını qorumağa çağırırıq”.

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, nüfuzlu iqtisadçı alim (bu yaxınlarda ABŞın Rutgers Universitetində çalışıb) polisin İbadoğlunun iyulun 23-də Bakıda yaşamadığı mənzilində 40 min dollarlıq saxta əskinaslar tapdığını iddia etdikdən sonra saxlanılıb.

Geri qayıt