Əsas Səhifə > Partiya, Güney Press > "Nə yeni ideyaları var, nə də…"

"Nə yeni ideyaları var, nə də…"


12-07-2023, 00:18
"Nə yeni ideyaları var, nə də…"
"Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan ictimai məkanda yeni fikirlər səsləndirir. O, Bakı ilə danışıqlarda İrəvanın diplomatik mövqelərini necə gücləndirməyin təfərrüatlarından söz açır. Belə çıxır ki, bütün məsələ baş nazir Nikol Paşinyan və onun komanda üzvlərinin danışıqlar zamanı yanlış işlətdiyi söz və ifadələrdədir".

DİA.AZ bildirir ki, bunu Reyting.az-a Azərbaycan Milli Məclisinin üzvü, politoloq Rasim Musabəyov deyib.

Musabəyov bildirib ki, Oskanyanın iddiasına görə, onun təklif etdiyi bu formulaların “incə” nüansı problemin həlli üçün açardır.

Milli Məclisin üzvü əlavə edib ki, keçmiş xarici işlər nazirinin göstərdiyi nümunələr, bəlkə də, tələbə auditoriyası üçün yaxşıdır, amma bu, siyasətçilərin və diplomatların istehzalı təbəssümünə səbəb olur.

Musabəyovun sözlərinə görə, bu çıxışdan sonra bəlli olur ki, Oskanyanın nə yeni ideyaları var, nə də dəyişmiş geosiyasi şəraitə adekvat danışıqlar strategiyası və taktikası mövcuddur.

Geri qayıt