Əsas Səhifə > Partiya, Güney Press > Elçin Sadıqovun vəkillik fəaliyyəti dayandırıldı

Elçin Sadıqovun vəkillik fəaliyyəti dayandırıldı


7-07-2023, 06:21
Elçin Sadıqovun vəkillik fəaliyyəti dayandırıldı
DİA.AZ: - Xəbər verdiyimiz kimi, Vəkillər Kollegiyası dünən 4 vəkilin fəaliyyətini dayandırıb, 1 vəkilə isə töhmət verib.

DİA.AZ xəbər verir ki, vəkillik fəaliyyəti dayandırılan şəxslərdən biri tanınmış vəkil Elçin Sadıqovdur.

Xatırladaq ki, Elçin Sadıqov dələduzluqda ittiham edilərək həbs edilmiş, daha sonra isə ev dustaqlığına buraxılmışdı.

Qeyd edək ki, Elçin Sadıqov öz səhifəsində sözügedən olayla bağlı aşağıdakı məlumatı paylaşıb:

"Peşəkar, həmçinin siyasi motivli işlərdə müvəkilləri səmərəli müdafiə edən vəkil Elçin Sadıqovun vəkillik fəaliyyətinə son qoymaq üçün Vəkillər Kollegiyası dünən keçirdiyi iclasında qərar qəbul edib və Sadıqovun vəkillik fəaliyyətinin dayandırılması ilə bağlı məhkəməyə müraciət edəcək. Qərar gələn həftə məhkəməyə göndəriləcək və Elçin Sadıqovun vəkil kimi fəaliyyətinin dayandırılması barədə məhkəmə qərar qəbul etməlidir. Kollegiyanın qərarı siyasidir, ifadə azadlığı, jurnalist və media hüquqlarını səmərəli şəkildə müdafiə edən müstəqil vəkilin fəaliyyətinə son qoymaq məqsədi daşıyır. Məhkəmənin siyasi sifarişi yerinə yetirəcəyi şübhə doğurmur.

Elçin Sadlqova qarşı analoji hal 2019-cu ilin iyulunda da baş vermişdi. O zaman Bakıda səfərdə olan Avropa İnsan Hüquqları Komisarı Dunja Mjatovic ali səviyyədə rəsmi görüşdə vəkilə qarşı qərarın qarşısını almağa nail ola bilmişdi.

Elçin Sadıqov barəsində Vəkillər Kollegiyasının qərarı “haqqın.az” saytının redaktoru Eynulla Fətullayevin 2022-ci ilin sentyabrında Sadıqovdan Vəkillər Kollegiyasına etdiyi şikayətə əsasən verilib".

Geri qayıt