Əsas Səhifə > Partiya, Güney Press > "3-5 nəfərdən ibarət adamlar özlərini siyasi partiya elan etmişdi"

"3-5 nəfərdən ibarət adamlar özlərini siyasi partiya elan etmişdi"


5-07-2023, 16:10
"3-5 nəfərdən ibarət adamlar özlərini siyasi partiya elan etmişdi"
Ədalət Partiyası "Siyasi partiyalar haqqında” qanunun tələblərinə uyğun olaraq sənədlərini Ədliyyə Nazirliyinə təqdim edib.

DİA.AZ bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında partiyanın sədr müavini Elxan Şükürlü deyib. Partiya rəsmisi bildirib ki, nazirliyə təqdim olunan sənədlərdə 6 mindən yuxarı üzv siyahısı yer alıb:

"İmzalar yoxlanılacaq. Əgər bir problem yoxdursa, partiya qeydiyyata alınacaq. Qanun artıq qəbul olunub. Həmin qanunun qəbul olunmasına tərəfdar partiyalardan biri də biz olduq. Hesab edirik ki, yeni qanun ölkənin ictimai-siyasi həyatına cavabdeh olan partiyalar arasında nizam-intizamın yaradılması üçün gərəkli bir addımdır”.

Siyasətçi qeyd edib ki, bütün partiyalar öz fəaliyyətini qanunun tələblərinə uyğunlaşdırmalıdır:

"Qeydiyyata alınmayan partiylar hökuməti şantaj edir. Kimin imza yığmaq imkanı var, onu qeydə alacaqlar, kimin yoxdursa onu qeydə almayacaqlar. Biz də bilirik ki, bir çox partiyaların həmin imzaları yığmaq imkanı yoxdur. 3-5 nəfərdən ibarət adamlar özlərini siyasi partiya elan etmişdi. Bu siyasi partiyalar özünü hörmətdən salır. Əgər üzvün yoxdursa, vacib deyil ki, partiya rəhbəri olasan, get başqa bir partiyada sıravi üzv kimi fəaliyyət göstər”.

Geri qayıt