Əsas Səhifə > Partiya, Güney Press > Hərbi ekspertdən deputata ÇAĞIRIŞ

Hərbi ekspertdən deputata ÇAĞIRIŞ


2-07-2023, 11:26
Hərbi ekspertdən deputata ÇAĞIRIŞ
1-ci Qarabağ Müharibəsi zamanı 1027 nəfər Ağdam rayonunda qeydiyyatda olan vətəndaşımız şəhidlik zirvəsinə ucalıb. Onlardan:
- 707 nəfəri hərbçi;
- 290 nəfəri mülki;
- 26 nəfərin sosial statusu naməlum;
- 2 nəfəri itkin;
- 2 nəfəri isə polis olub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Bütün komandirlər, rəhbərlər, ziyalılar, xüsusilə də özü və övladları müharibələrdə iştirak etməyərək şəhidləri kənardan saymaqla məşğul olanlar, şəhidlərimiz cox olması ilə deyil, az olması ilə öyünməlidilər. Döyüşdə itki vermək üçün komandirdən xüsusi bacarıq və qabiliyyət tələb olunmur, amma şəxsi heyəti qoruyub növbəti döyüşlərdə iştirakını təmin etmək və sonradan qəhrəman əsgər kimi valideynlərinə sağ salamat qaytarmaq isə çox çətin və şərəfli vəzifədir. Digər tərəfdən isə hər bir şəhid ən azı bir nəslin, bir elin ocağına düşən və heç vaxt sönməyən daimi atəş deməkdir.
Bu mövzuda mən əldə etdiyim məlumatları kateqoriyalar üzrə təhlil edib nəticələri ilk dəfə ictimaiyyətə təqdim etdim.
İndi isə buyursun hörmətli Aqil Abbas müəllim, özünün 6000 nəfərlik Ağdamın şəhid siyahısını (kateqoriyalar üzrə) ictimaiyyətə təqdim etsin.

Canlı yayımda debat təklifim isə qüvvədədir.

Ədalət Verdiyev - hərbi ekspert
DİA.AZ
Geri qayıt