Əsas Səhifə > Partiya, Güney Press > "Bizim siyasətçilərin demək olar ki, 90 faizi xarici dövlətlərin agentidir"

"Bizim siyasətçilərin demək olar ki, 90 faizi xarici dövlətlərin agentidir"


15-05-2023, 14:23
"Bizim siyasətçilərin demək olar ki, 90 faizi xarici dövlətlərin agentidir"
Təhqirlər, alçaldıcı cümlələr, daim ucadan, qışqıran səs tonu, söyüşlər... Təsəvvür edin ki, hansısa məsələdə sizi inandırmalı və ona dəstək olmanızı tələb edən bir insanla söhbət edirsiniz. Sizə problemini deyəndə səsi getdikcə yüksəlsə, əks fikir bildirəndə əsəbi və aqressiv bir dillə qışqırmağa, təhqir və aşağılamağa başlasa, nə edərdiniz? Siyasətçilər çox vaxt bu gərgin və vulqar dilə əl atırlar. Təəssüflər olsun ki, bu ünsiyyət dili də kütlə tərəfindən qəbul edilir. Təbii ki, alimlər bu sualın cavabı üzərində düşünüb, xeyli araşdırmalar aparıblar. Bu araşdırmalara görə cavab insan psixologiyasındadır.
İnsan niyə aqressivləşir, söyüş söyür, kobud danışır?

Əslində cavab sadədir. Qəzəblənsək, haqsızlığa məruz qaldığımızı hiss etsək, dilimizi idarə etməkdə çətinlik çəkərik və kobud ola bilərik. Söymək və aqressiv dillə kobud danışmaq düzgün davranış deyil, lakin bu, tamamilə bizim emosiyalarımızla bağlıdır və “əsl reaksiya”dır. Bu cür ünsiyyət dilindən istifadə edən siyasətçilərə onu dinləyən və ortaq fikirləri paylaşan insanlar çox inanırlar. Zülmə məruz qaldığına görə qəzəblənirlər. Bugün bu dilin davamlı istifadəsi göstərir ki, məqsəd inandırmaq və ya barışdırmaq deyil, emosional istismar yolu ilə insanları “haqqa” inandırmaq cəhdidir.

DİA.AZ-ın məlumatına görə, Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı Bizimyol.info xəbər portalına açıqlamasında təəssüflə qeyd edib ki, Azərbaycan siyasi mühüti 30-ildən çoxdur ki, bu vəziyyətdədir. Azərbaycanda daim siyasi debatlar müzakirələr zamanı qarşılıqlı təhqir, söyüş, jarqon sözlər istifadə olunur. Bu vəziyyət isə, şəxslərin əslində intelektual və əxlaqlı bazasının olmadığını göstərir.

Elçin Bayramlının sözlərinə görə, bu şəxslər siyasətdən maraqları üçün istifadə etməyə çalışan bir qrup şou adamlarıdır. Elə bu səbəbdəndir ki, həmin şəxslərin ictimaiyyət arasında, xalq arasında heç bir nüfuzu yoxdur.

“Bu şəxsləri xalq dəstəkləmir, qəbul eləmir. Çünki şəxsiyyət kimi, nümunəvi bir ziyalı kimi görə bilmirlər. Əks tərəfə qarşı arqumentsiz təhqirlər, söyüşlər dünyada belə qəbul olunmur. Dünyada sivil müzakirələr, sivil debatlar, diskusiyalar təşkil olunur. Mədəni şəkildə hər kəs qarşısındakının fikrinə hörmət edir, öz fikrini deyir.

Bizim siyasətçilərin demək olar ki, 90 faizi xarici dövlətlərin agentidir. Başqa-başqa dövlətlərin maraqları üçün bir-birini təhqir edirlər. Onların təbliğatını aparırlar. Bunun bir ölkəyə dediyi söz o birinin xoşuna gəlmir, onun o biri ölkəyə dediyi söz bunun. Yəni bunlaırn dərdi xalq deyil, dövlət deyil. Bunların dərdi idarə olunduqları mərkəzlərə özlərini göstərmək, şou yaratmaq daha çox qrant almaq, müəyyən dairələrdən dəstəklənmək və imkan olarsa, hər hansı bir vəzifəyə gəlməkdir”.- deyə sosioloq qeyd edib.

Ekspert hesab edir ki, son 30 ildə bu kimi davranışların effekt vermədiyinin şahidi olmuşuq. Bu şəxslər isə, bunu görmək, qəbul etmək istəmirlər.

“Onlar cəmiyyətə, gənclərə pis nümunə olurlar. Gənclər ümumiyyətlə əvvəlki nəsillərdən örnək götürməlidir. İntellektual şəxslərin necə olduğunu görməli, nümunəvi insanları tanımalıdırlar. Və bəzi istisnalar olmaqla ortada olan şəxslərin heç biri bu kriteriyalara cavab vermir”-deyən sosioloq hesab edir ki, bu vəziyyət cəmiyyətə də pis təsir edir. Çünki cəmiyyətin avanqard qüvvəsi əslində ziyalılardır, siyasətçilərdir. Belə şəxslər davranışları ilə, öz obyektiv düzgün fikirləri ilə cəmiyyəti yönləndirə bilərlər. Amma onlar sadəcə öz davalarını döyürlər. Onlar xalq maraqlandırmır. Xalqın problemlərini dilə gətirməzlər. Dövlətin inkişafı, strateji məqsədləri, kəşfiyatı ilə bağlı ciddi bir proqramları, ciddi bir strateji fikirləri yoxdur. Məqsəd sadəcə hay-küy salmaqla gündəmdə qalmaqdır. Bu da effekt vermir. Biz son 30 ildə gördük ki, vermir.

Ekspert hesab edir ki, yeni sağlam qüvvələr gəlməli və cəmiyyət onlara dəstək verməlidir.

“Xalqın hörmətini, nüfuzunu qazanmaq istəyirsənsə, siyasətdə uğur qazanmaq istəyirsənsə dürüst olmalısan. Əks fikrə dözümlü olmalısan, müzakirələrə açıq olmalısan, tənqidə açıq olmalısan. Bunların hər birini bir balaca tənqid eliyən kimi "söyüşün biri 1 qəpik". Bu insanların psixoportreti ciddi problemlidir. Normal insan belə bir formada ola bilməz. Və insanlar başa düşür ki, sabah bu hakimyətə gəlsə, dövlət vəzifəsinə gəlsə bundan heçnə gözləmək olmaz”-deyə sosioloq əlavə edib.

Mütəxəssis hesab edir ki, məhz bu səbəbdəndir ki, xalq politoloqlara və partiya rəhbərlərinə inanmır. Onlardan heç nə gözləmir. Bu vəziyyət isə, ölkənin siyasi mühitinin zədələnməsinə səbəb olur.

“Bu məsələlər fundamental məsələlərdir. Mənəvi, ictimai, siyasi mühitin sağlamlaşması kimi məsələlərdir. Bu vəziyyət düzəlməsə, belə də davam edəcək. Mühit bundan daha da pis olacaq”-deyə Elçin Bayramlı qeyd edib.

Geri qayıt