Əsas Səhifə > Partiya, Güney Press > "Daha ura-patriotluğa, qızışdırıcılığa, ucuz pafosa gərək yoxdur"

"Daha ura-patriotluğa, qızışdırıcılığa, ucuz pafosa gərək yoxdur"


6-05-2023, 09:05
"Daha ura-patriotluğa, qızışdırıcılığa, ucuz pafosa gərək yoxdur"
“Anlamalıyıq ki, biz azərbaycanlılara da, ermənilərə də, bütövlükdə Cənubi Qafqazın yeni nəsillərinə 200 ildən sonra əbədi sülh, barış lazımdır, “qalib” və “məğlub” söhbətlərini yığışdıraq artıq leksikondan. Elədiyimizi eləmişik. “Böyük Ermənistan” xülyasına son qoymuşuq”. DİA.AZ bildirir ki, bunu Elchi.az-a açıqlamasında AY Partiya Başqanının siyasi işlər üzrə müavini Rəşad Bakuvi deyib.

O, həmçinin əlavə edib:”Ərazi bütövlüyümüz tam təmin olunub, sərhədlərimizə öz əsgərlərimiz nəzarət edir. Yarımçıq qalan bəzi işləri də həll edəcəyimiz tarix uzaqda deyil. Bundan sonra emosional qızışdırıcılıq kimsəyə xeyir-fayda gətirməyəcək, əksinə hər dəfə region barıt çəlləyinə dönür, hər iki tərəfdən insanlar ölür. Bütün bunlar isə bölgədə qan, müharibə, düşmənçilik istəyən Kremlə və onun bölgəmizdəki uzantılarına “ayaq yeri” qoyur”.

Rəşad Bakuvi qeyd edib ki,
məqsəd böyük sülh müqaviləsinin bağlanmasıdır, Cənubi Qafqaza uzunmüddətli sabitliyin, sülhün, birgəyaşayışın, iqtisadi tərəqqinin gəlməsidir.

“Bu müqavilə əsasında Azərbaycan ona aid olan suveren əraziləri geri qaytaracaqsa da, bunu labüd bir hadisə kimi təqdim etmək lazımdır. Vəssalam! Daha ura-patriotluğa, qızışdırıcılığa, ucuz pafosa gərək yoxdur”.

O, son olaraq böyük xalq kimi davranmalı, böyüklük etməli olduğumuzu vurğulayıb: Bitsin artıq bu qan-qada, ölüm-itim, müsibət və faciə”!

Geri qayıt