Əsas Səhifə > Partiya, Güney Press > Əbülfəz Elçibəy və Heydər Əliyevlə bağlı ŞOK MƏXFİ SƏNƏD YAYILDI

Əbülfəz Elçibəy və Heydər Əliyevlə bağlı ŞOK MƏXFİ SƏNƏD YAYILDI


22-04-2023, 08:54
Əbülfəz Elçibəy və Heydər Əliyevlə bağlı ŞOK MƏXFİ SƏNƏD YAYILDI
DİA.AZ: - Müxalif Milli Şuranın sədri, professor Cəmil Həsənli ilginc bir sənədi yayıb. DİA.AZ bildirir ki, o zamankı Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin məxfi sənədlərindən birini yayan Cəmil Həsənlinın açıqladığı fakt sosial şəbəkələrdə də geniş müzakirəyə səbəb olub. C.Həsənli bildirir:

"İndi Sizə maraqlı bir sənəd təqdim edəcəyəm. Həmin sənəd belə adlanır: “Heydər Əliyevin siyasətdə fəallaşmasın Türkiyədə fəaliyyət göstərən azərbaycan milli təşkilatlarının qiymətləndirirməsi”. Onu 1991-ci ildə Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsi Respublika Prezidenti Ayaz Mütəllibovun adına hazırlayıb. Arayış məxfi olduğu üçün 2 nüsxədə əl yazısı ilə yazılıb. Orada deyilir:

Məxfi
Nüsxə 2

AR-nın Prezidenti
A.Mütəllibov yoldaşa
H.Ə.Əliyevin siyasətdə
fəallaşmasın Türkiyədə
fəaliyət göstərən azərbaycan milli
təşkilatların qiymətləndirməsi


Keçmiş Sov.İKP Mərkəzi Komitəsi siyasi bürosunun üzvü H.Əliyevin siyasətə qayıdışını və onun bu istiqamətdə hərəkətlərinin Türkiyədə fəaliyyət göstərən azərbaycan milli cəmiyyətlərin rəhbərliyi diqqətlə izləyir. H.Əliyevin Naxçıvan şəhərində çox saylı sakinlərinin mitinq(in)də çıxışı etməsi onun yaxın vaxtlarda Naxçıvan SMR-dan Respublikanın Ali Sovetinə namizədliyini sürməsi kimi Türkiyədə qəbul edilmişdir.

Türkiyədəki azərbaycan milli cəmiyyətlərinin rəhbərlərinin fikrincə, H. Əliyevin siyasətə qayıtmasıTürkiyə üçün sərfəlidir. Onların fikrincə, H.Əliyevin istiqamətdə müvəffəqiyyət qazanması üçün real imkanları vardır. Çünki bu məsələdəvaxtı ilə onun tərəfindən Respublikanın siyasi və dövlət ctrukturlarına, o cümlədən DTK və DİN, yönəldilmiş “naxçıvanlılar” və bir sıra “pantürk (ist)” qeyri-formal siyasi qrup və təşkilatlar dayaq olacaqlar. H.Əliyevin böyük siyasət təcrübəsi də mühüm rol oynayacaq.

Türkiyədə hesab edirlər ki, “Kreml tərəfindən incidilmiş” H.Əliyevin sonrakı siyasət addımları ümumittifaq maraqlarına yox, ancaq milli maraqlarına yönəldiləcək.
Türkiyənin fikrincə, Əliyevin, onu Xalq Cəbhısinin rəhbəri Əb.Əliyevlə müqayisə etdikdə, müvəffəqiyyət qazanmaq üçün daha əlverişli imkanları vardır, çünki axırıncının bir böyük siyasi lider kimi nüfuzu yoxdur və o, H.Əliyevə heç cür rəqabət edə bilməz.

Türkiyədə Əbülfəz Əliyev ağıllı, siyasi savadı və Respublikada hörməti olan bir şəxs kimi tanınınır. Lakin, bununla yanaşı o, spirtli içkilərə meylli və bununla sərxoş vəziyyətdə ağla batmayan qərarlar qəbul edə bilər. Əbülfəz Əliyev xasiyyətcə şöhrətpərəst, demoqoqluğa meylli, Respublikada yaranmış vəziyyəti nəzərə almayaraq həddindən artıq Atatürkün şəxsiyyəti və pantürkizm ideyasına yaxınlığını yersiz elan edir.

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Komitəsi
1991-ci il
İş ?, Cild ?, Vərəq ?
"

Əbülfəz Elçibəy və Heydər Əliyevlə bağlı ŞOK MƏXFİ SƏNƏD YAYILDI
Əbülfəz Elçibəy və Heydər Əliyevlə bağlı ŞOK MƏXFİ SƏNƏD YAYILDI
Əbülfəz Elçibəy və Heydər Əliyevlə bağlı ŞOK MƏXFİ SƏNƏD YAYILDI
Geri qayıt