Əsas Səhifə > Partiya, Güney Press, Manşet > Türkiyədə Kılıçdaroğluna Elçibəyin qardaşı oğlu qılınc bağışladı

Türkiyədə Kılıçdaroğluna Elçibəyin qardaşı oğlu qılınc bağışladı

27-01-2014, 13:02
Türkiyədə Kılıçdaroğluna Elçibəyin qardaşı oğlu qılınc bağışladı
DİA.AZ: - Azərbaycan Milli Azadlıq Cəbhəsi Partiyasının təşkilat komitəsinin sədri Hürrü Əliyevin qardaş Türkiyəyə səfəri uğurla davam edir. Ötən gün Türkiyənin ana müxalifət lideri Cumhuriyyət Xalq Partiyasının başqanı Kamal Kılıçdaroğlu Hürrü Əliyevi qərarganında növbəti dəfə qəbul etmişdir. Ilkin olaraq geniş heyyətlə başlayan görüş daha sonra tərəflər arasında təkbətək davam etmişdir.

DİA.AZ bildirir ki, görüşdə Türkiyə Azərbaycan münasibətlərinin hazırkı durumu, Dağlıq Qarabağ problemi və Güney Azərbaycan məsələləri müzakirə edilmişdir. Həmçinin CHP və AMACP arasında əlaqələrin daha da dərinləşdirilməsi məsələsi ilə bağlı ikitərəfli razılıq əldə edilmişdir. Kılıçdaroğlu H.Əliyevi növbəti dəfə Türkiyədə, xüsusi ilə də CHP-də görməsindən məmnunluq duyduğunu ifadə edərək, vurğulamışdır ki, bundan sonra da CHP-nin qapıları hər zaman AMACP üçün açıqdır.

Görüş zamanı H.Əliyev Türkiyədə yaxınlaşmaqda olan bələdiyyə seçkilərində CHP-yə qalibiyyət arzulamışdır. Görüş çox səmimi müstəvidə keçmiş və hər iki tərəf bu görüşlərin intensiv olmasını vurğulamışdır.

Onu da qeyd edək ki, bu dəfəki səfər zamanı Hürrü Əliyev CHP-nin xarici əlaqələr üzrə başqan yardımçısı Faruk Loğoğlu və CHP Ankara bələdiyyə başqanlığına namizəd Mansur Yavaşla da görüşlər keçirmişdir.

Geri qayıt