Əsas Səhifə > Partiya, Güney Press > Fazil Mustafa `Durmaq yox, Yola DAVAM` dedi...

Fazil Mustafa `Durmaq yox, Yola DAVAM` dedi...


8-04-2023, 09:26
Fazil Mustafa `Durmaq yox, Yola DAVAM` dedi...
DİA.AZ: - “Əziz dostlar, məmləkətimizin dəyərli insanları. Dünən üç saatdan artıq çəkən son əməliyyatdan sonra yaralarıma tikiş qoyuldu”.

DİA.AZ xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa sosial şəbəkədə yazıb.

Bir müddət əvvəl güllələnən deputat bildirib:

“Həmd olsun Allaha ki, hər şey yaxşılığı doğru gedir. Allah həkimlərimizdən və tibb personalımızdan razı olsun.

Bu günlərdə sağlıq durumumla bağlı narahatlıq keçirən, dualarını əsirgəməyən bütün duyarlı insanlarımıza təşəkkür edirəm.

Müalicə və reabilitasiya prosesi davam edir, inşallah yaxın vaxtlarda yenə də qaldığımız yerdən mübarizəmizə davam edəcəyik. Allah millətimizi və dövlətimizi qorusun!”

Geri qayıt