Əsas Səhifə > Partiya, Güney Press > İran Qafanda konsulluq açanda bilmirdimi ki...

İran Qafanda konsulluq açanda bilmirdimi ki...


6-04-2023, 06:10
İran Qafanda konsulluq açanda bilmirdimi ki...
HALÜSİNASİYA!
Aprelin 5-də İran parlamentinin 210 fars deputatı bəyanat qəbul edərək İsraildə Azərbaycan səfirliyinin açılmasını pisləyib. Onlar yenə hədlərini aşaraq İranın Xarici İşlər Nazirliyini bununla bağlı diplomatik "tədbirlər görməyə" səsləyiblər.
Məscidlərdə donuz saxlayan erməniləri qoruyan fars rejiminin deputatları Azərbaycanın İsraildə səfirlik açmasından narahat olub. Hətta utanmadan Azərbaycan hökumətinin bu qərarını "İslam dünyasının maraqlarına zidd hərəkət" kimi təqdim edib.
Bununla da kifayətlənməyən fars rejiminin deputatları Azərbaycan hökumətinə qarşı yenidən təhdid dilindən istifadə ediblər. Azərbaycan Respublikasının İsraildə səfirlik açmasının "bir çox mənfi siyasi nəticələri olacağı" iddia edilib...
Həyasızlığın həddi-hüdudu yoxdur. Axı sizin ölkədə də səfirliyimiz var. Gülləboran etdiniz. Səfirliyimizin bir əməkdaşını qətlə yetirdiniz, iki əməkdaşını isə ağır yaraladınız. Bütün dünya bu həyasız və vəhşi hərəkətə görə sizi lənətlədi. Sonra terrorçunun psixi durumunda problem olduğunu bəyan etdiniz. Həmin terrorçunun psixi durumu fars deputatlarının psixi durumudur. Biz hansı ölkədə səfirlik açmağımızı çox gözəl bilirik. Biz cəhaləti yox, sivilizasiyanı seçirik və seçəcəyik. Və məscidlərimizə ermənilərlə eyni münasibət bəsləyənlərdən qorxmuruq.

Etibar Əliyev - deputat
DİA.AZ
Geri qayıt