Əsas Səhifə > Partiya, Güney Press > Müxalifətin İran terroruna baxışı: TƏHLÜKƏLİ FƏRQ..

Müxalifətin İran terroruna baxışı: TƏHLÜKƏLİ FƏRQ..


3-04-2023, 06:20
Müxalifətin İran terroruna baxışı: TƏHLÜKƏLİ FƏRQ..
O gün AXCP-nin ağır artilleriyası kimi tanınan Natiq Adilov yazmışdı ki, Fazil Mustafaya qarşı sui-qəsdlə bağlı şübhəli məqamlar çoxdur. Cəbhənin Fransada yaşayan funksioneri az qala bütün ölkənin terror aktı kimi dəyərləndirdiyi bu olayı uydurma bir iş kimi qələmə vermişdi. Yəni bir qədər ehtiyatla "iqtidar İran terroru adı altında səhnə quraşdırıb" kimi bir yozum ortaya qoymuşdu. Təbii ki, bütün ehtimalların yaşamaq haqqı var. Ancaq Azərbaycanın Tehrandakı səfirliyində insan ölümü ilə nəticələnən və prosesin real video-görüntüləri olan terror aktından sonra iqtidar nədən stəkanda səhnələşdirilmiş terror fırtınası yaratsın ki? Bütün dünyanın diqqət mərkəzində olmuş Tehran səfirliyimizdəki olaydan sonra nədən saxtakarlığa əl atılsın ki? Özü də dövlətlərarası, üstəlik son dərəcə həssas bir məsələ ilə bağlı.

İlham Əliyev Fazil bəylə bağlı işin araşdırılmasına xüsusi göstəriş vermişdi. Natiq bəyin məntiqinə görə, prezident də bu qurama işin içində yer alıb. Düzü mən ən bu məsələdə elə bir məntiq görmədim...

Bir az əvvəl Teleqram kanalların yaydığı məlumata görə, bu hadisəni törətməkdə şübhəli bilinən şəxs Qaradağ rayonu ərazisində saxlanılıb. Bu isə o deməkdir ki, tezliklə bu olayla bağlı bütün təfərrüatlar gündəmə gələcək.

Xatırladım ki, bu işə görə Azərbaycan Xarici İşlər Nazirliyi daha əvvəl rəsmi şəkildə İranı suçlamışdı. Əminəm ki, həmin bəyanat veriləndə Fazil bəyə qarşı terroru törədənin kimliyi və sifarişi verən tərəf hüquq-mühafizə orqanlarına məlum idi...

Elbəyi HƏSƏNLİ - DİA.AZ
Geri qayıt