Əsas Səhifə > Partiya, Güney Press, Manşet > Əbülfəz Elçibəyin qardaşı oğlunun Türkiyə görüşləri davam edir

Əbülfəz Elçibəyin qardaşı oğlunun Türkiyə görüşləri davam edir


17-01-2014, 09:35
Əbülfəz Elçibəyin qardaşı oğlunun Türkiyə görüşləri davam edir
DİA.AZ: - Xəbər veridyimiz kimi, AMCP Təşkilat Komitəsinin sədri Hürrü Əliyevin Türkiyə Cumhurriyətinə səfəri dəvam edir. Bir sıra dərnək və mərkəz rəhbərləri ilə görüşən TK-nin üzvləri dünən TBMM-də MHP millət vəkili, deputat qrupunun başçısı, professor Yusuf Halacoğlu, MTP (Millətçi Türk Partiyası) genel başkanı Ahmet Yılmaz və CHP genel başkan yardımcısı Faruk Loğoğlu ilə görüşmüşlər. Qeyd edək ki, Turqut Özalın zamanlarında Faruk Loğolu Azərbaycanda Türkiyənin səfiri kimi xidmət göstərib.

DİA.AZ-a daxil olan məlumatda deyilir ki, görüşdə Türkiyə və Azərbaycan əlaqələri, gələcək prespektivlər müzakirə olunmuşdur. Təcrübəli diplomat Faruk Loğoğlunun dəyərli məsləhətləri, o cümlədən 2015-ci ildə Azərbaycan və Türkiyənin ümumi düşməni olan erməni diasporunun adda “erməni soyqrımının 100 illiyinə hazırlıq” adlanan mənfur təbliğatlarına birlikdə cavab verməyi, Güney Azərbayan və Qarabağ problemləri müzakirə olunaraq birgə fəaliyyət istiqamətində razılıqa gəlindi.

Ana muxalifət partiyaları CHP və MHP rəsmiləriylə təkbətək görüşdən razılığını ifadə edən AMACP TK-in rəhbəri H.Əliyev, TC-də mövcud olan siyasi durumu və partiyaların sıx işgüzar qrafikinə baxmayaraq , adı keçən partiyaların genel başkanları Kemal Kiliçdaroğlu və Dövlət Baxçalı ilə növbəti həftəyə təyin olunmuş görüşə görə CHP genəl başqan yardımçısı Faruk Loğoğlu və MHP millət vəkili, deputat qrupunun başçısı, professor Yusuf Halacoğluna dərin təşəkkürlərini bildirib.

AMCP TK-nin sədri H.Əliyev başda olmaqla nümayəndə heyəti dünən həmçinin BBP (Boyuk Birlik Partisi) Genel başkanı Mustafa Destici arasında bir qrup media nümayəndəlrinin iştirakı ilə geniş tərkibdə görüş keçirilmişdir. Görüşdə genəl başqanın xarici məsələlər üzrə yardımçısı İlkər Kayalıoğlu və türk dünyası üzrə genəl başqan yardımçısı Metin Gündoğdu və digər partiya rəsmiləri iştirak ediblər. Genel baskan Mustafa Destici AMACP rəhbərliyini ikinci dəfə TC-də görməkdən məmnunluğunu ifadə edərək AMACP-nin Təsis Qurultayına geniş nümayəndı heyəti ilə qatılacaqlarını bildirərək AMCP-ni Elçibəy yolunun davamçıları olaraq gördüyünü vurğuladı.

AMCP TK-nin sədri H.Əliyev başda olmaqla nümayəndə heyəti eyni zamanda dünən bir zaman Ankara Keçiörən bələdiyyə başkanı olmuş və hazırda həmin dairədən namizədli irəli sürülən Turgut Altınoku da ziyarət etdi. Xatirladaq ki, Turqut bəy bələdiyyə başqanı olarkən Elçibəy adına park salmış və Xocalı şəhidlərinin xatirəsinə abidə uzatmışdır. Seçki qərargahında baş tutan çox geniş təkibli səmimi görüş keçirilmişdir. Turgut Altınok və Hürrü Əliyev qarşılıqlı olaraq bir birlərinə gələcək fəaliyyətlərində uğurlar və qələbə arzulamışlar.

Əbülfəz Elçibəyin qardaşı oğlunun Türkiyə görüşləri davam edir
Əbülfəz Elçibəyin qardaşı oğlunun Türkiyə görüşləri davam edir
Əbülfəz Elçibəyin qardaşı oğlunun Türkiyə görüşləri davam edir
Əbülfəz Elçibəyin qardaşı oğlunun Türkiyə görüşləri davam edir

Geri qayıt