Əsas Səhifə > Partiya, Güney Press > “Cəbhəçilər inqilabın yox, demokratik dəyişikliyin tərəfdarıdır”

“Cəbhəçilər inqilabın yox, demokratik dəyişikliyin tərəfdarıdır”


23-01-2023, 16:32
 “Cəbhəçilər inqilabın yox, demokratik dəyişikliyin tərəfdarıdır”
“Əgər bir nəfərin savadı, bacarığı yoxdursa, o digərlərindən yüz dəfələrlə aşağı səviyyədə yaşamamalıdır”.

DİA.AZ Cebhe.info-ya istinadla xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev şöbə sədrlərinin bu gün keçirilən müşavirəsində deyib.

O bildirib ki, MCP xalqın partiyasıdır:

“MCP-nin ideoloji xətti milli ideologiyadır. Partiya sosial demokratiya ideologiyasını ona görə seçdi ki, o, kapitalizmin yaratdığı sosial bərabərsizliyi aradan qaldıra bilsin. Sosial demokrat olan milli cəbhəçilər kapitalizmin səbəb olduğu bərabərsizlik və ədalətsizlikləri demokratik sistem çərçivəsinə salmağı hədəfləyir.

Bizim partiya üçün bu, o anlama gəlir ki, əgər bir nəfərin savadı, bacarığı yoxdursa, o digərlərindən yüz dəfələrlə aşağı səviyyədə yaşamalıdır.

Biz milli cəbhəçilərin təmsilçiləri olan sosial demokratlar üçün hər bir vətəndaşın yaxşı yaşaması önəmlidir. Bunun üçün hər bir vətəndaşın pulsuz təhsil alması, pulsuz peşəyə yiyələnməsi dövlətin təməl borcudur. Sosial demokratiya ideologiyasının daşıyıcıları olan biz milli cəbhəçilər, MCP-nin təməl prinsipləri isə bərabərlik, azadlıq və həmrəylikdir. Biz milli cəbhəçilər olan sosial demokratlar üçün sosial ədalət, sosial dövlət, sosial əmlak əsasdır”.

Partiya sədri bildirib ki, MCP-nın təmsilçiləri sosial bərabərsizliyin aradan qalxmasına inqilabi zərurət görmür:

“Bu səbəbdən biz - sosial cəbhəçilər inqilabın yox, demokratik dəyişikliyin tərəfdarıyıq. Biz xalqın adamı, xalqın partiyasıyıq”.

Geri qayıt