Əsas Səhifə > Partiya, Güney Press > "Azərbaycan bu mərhələyə də nail olacaq!"

"Azərbaycan bu mərhələyə də nail olacaq!"


15-12-2022, 08:37
"Azərbaycan bu mərhələyə də nail olacaq!"
DİA.AZ: - "Hörmətli, "Qərbpərəst" politoloqlar, Azərbaycan hakimiyyətinə çağırış etməkdənsə, yaxşı olardı ki, Qarabağdakı erməni əhaliyə xitab edən müraciətlərə baş vurasınız! Artıq sizin dediyiniz miflər keçərli deyil, Qərb özü də Bakı ilə münasibətlərə önəm verir və bu əməkdaşlıq gələcəkdə daha da dərinləşəcək". DİA.AZ bildirir ki, bu sözləri politoloq Aqşin Kərimov bəzi müxalif dairələrin irəli atdığı tezislərinə münsaibət bildirərkən deyib.

"Azərbaycanın Böyük Britaniya kimi açıq tərəfdaşı və gizli müttəfiqi var" deyərək Qərblə rəsmi Bakının münasibətlərinin qaydasında olduğuna işarə edən siyasi ekspert daha sonra vurğulayıb:
"Verilən bəyanatlar sadəcə üzdə olanlardır, arxa planda isə hamısı Azərbaycanla əməkdaşlığın dərinləşməsinə can atır.
Erməni əhali humanitar böhranın qurbanı olmaq istəmirsə, Azərbaycanın qanunlarına boyun əydiyini elan etməlidir.
Hətta erməni əhali separatçı liderlərə qarşı səsini ucaltmalıdır. Bilirəm, bu, onlar üçün çətindir, çünki erməni separatçı dəstələri kimisə cəzalandıra da bilər.
Amma Azərbaycanda çağırışlar elə qurulmalıdır ki, mülki ermənilər nicatı yalnız rəsmi Bakıda axtarsın və separatçılara qarşı etirazlar körüklənsin.
Məncə Azərbaycan bu mərhələyə də nail olacaq!"

Geri qayıt