Əsas Səhifə > Partiya, Güney Press > "Milli Şura 96 il əvvəl yaradılan birliyin tarixinə kölgə saldı"

"Milli Şura 96 il əvvəl yaradılan birliyin tarixinə kölgə saldı"


9-01-2014, 10:37
"Milli Şura 96 il əvvəl yaradılan birliyin tarixinə kölgə saldı"
"Prezident seçkiləri ərəfəsində Rusiyada müəyən qüvvələrin layihəsi əsasında Azərbaycanın siyasi mühitinə gətirilən, lakin özün doğrultmayaraq iflasa uğrayan Milli Şura 1918-ci ildə yaradımış şuranın karikaturası idi."

Bunu SalamNews-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı deyib.

O bildirib ki, bu qurum yarandığı gündən cəmiyyətdə mövqeyini gücləndirmək əvəzinə, böyük sürətlə tənəzzülə doğru hərəkət etdi. Buna görə də Müsavat Partiyası iflasa uğramaması üçün vaxtında istefa verərərək Milli Şura sıralarından uzaqlaşdı. Burada qalan yalnız AXCP və Cəmil Həsənlidir. Cəmil Həsənlinin rəhbərliyi ilə fəaliyyət göstərən Milli Şura 96 il öncə yaradılan birliyin tarixinə kölgə saldı. Bundan sonra Müsavat, AXCP və Cəmil Həsənli timasalında ən yaxşı idea kimi qürur mənbəyinə çevriləcək."

Partiya sədri söyləyib ki, 2014-cü ildə Azərbaycanın daxili siyasətində sabitlik höküm sürəcək. Hər hansı bir kataklizm, qarşıdurma və siyasi qabarmalar gözlənilmir: "Adətən daxili siyasi prosseslər prezident və parlament seçkilər müddətində daha çox fəallaşır. Bu mərhələ indi arxada qalıb. Bu il ölkəmiz yeni uğurlara imza atacaq. Beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun güclənməsinə xidmət edən ciddi addımlar atılacaq."

-

Geri qayıt