Əsas Səhifə > Partiya, Güney Press > Lalə Şövkət siyasətdən çəkilib?

Lalə Şövkət siyasətdən çəkilib?


10-11-2022, 10:02
Lalə Şövkət siyasətdən çəkilib?
“Nə Azərbaycan Liberal Partiyası, nə də onun lideri Lalə Şövkət siyasətdən çəkilib. Biz hər gün fəaliyyətdəyik”.

DİA.AZ xəbər verir ki, bunu Gununsesi.info-ya açıqlamasında ALP sədri Əvəz Temirxan ALP-nin və onun lideri Lalə Şövkətin aktiv siyasətdə görünməməsi barədə sualını cavablandırarkən deyib.

Qeyd edək ki, bir müddət əvvəl Lalə Şövkət Hacıyevanın sağlıq durumunda problemlərin olması səbəbindən onun siyasətdən getdiyi deyilirdi.

Ancaq bu iddiaları təkzib edən Əvəz Temirxan bildirib ki, ALP liderinin səhhəti qaydasındadır: “Mən dediyim kimi faəliyyətimiz var. Biz daha bir müasir Azərbaycanın qurulması üçün ideya vermişik. Hakimiyyət və müxalifət bunu qəbul edərsə, gələcəkdə güclü Azərbaycanın şahidi olarlar”.

ALP-nin sosial şəbəkələrdə də görünməməsinə gəlincə, Əvəz Temirxan belə deyib: “Sosial şəbəkələr bu gün söyüş məkanıdır. Ona görə də bu platformaya ciddi önəm vermirik”.

Geri qayıt