Əsas Səhifə > Partiya, Güney Press > İsa Qəmbərlə Eldar Namazov görüşü

İsa Qəmbərlə Eldar Namazov görüşü


5-01-2014, 14:11
İsa Qəmbərlə Eldar Namazov görüşü
Müsavat Partiyasının başqanı İsa Qəmbər “El” Hərəkatının sədri Eldar Namazovla görüşüb. Tərəflərin Milli Şura haqqında həll edici danışıqlar aparılması xəbəri yayılsa da Eldar Namazov Hafta.az-a açıqlamasında danışılanların yalan olduğunu bildirib:

“Əgər birlikdə oturub nahar ediriksə, bunun altında siyasi nəsə axtarmaq lazım deyil. Biz sadəcə olaraq görüşüb hal əhval tutmuşuq. Bunları ictimailəşdirməyi düşünmürük. Dostların mütamadi olaraq görüşməsindən nəticə axtarmaq lazım deyil.”

Qeyd edək ki, tərəflər arasında görüş yanvarın 4-də baş tutub.

Geri qayıt