Əsas Səhifə > Partiya, Güney Press > AXCP Milli Şuradan gedəcəkmi?

AXCP Milli Şuradan gedəcəkmi?


30-12-2013, 16:22
AXCP Milli Şuradan gedəcəkmi?
Rüstəm İbrahimbəyovun istefasından sonra “El” hərəkatının da Milli Şuradan ayrılacağı fikiri səsləndi. Eyni zamanda Müsavat Partiyası daxilində də Şuradan ayrılmaq kimi fikir mübadilələrinin getdiyi haqqında partiya funksionerləri Hafta.az-a açıqlamalar veriblər. Müsavat Partiyası Milli Şuradan gedərsə AXCP-nin qərarının necə olacağı haqqında Hafta.az-a partiyanın Ali Məclisinin sədri Həsən Kərimov məlumat verib. Onun sözlərinə görə, hələ ki, bu istiqamətdə düşünmürlər:

“Müsavatın qərarının AXCP-yə heç bir aidiyyatı yoxdur. Eyni zamanda partiya olaraq bu kimi qərar üzərində düşünmürük. Belə bir qərar olduqda mətbuata acıqlayacağıq”

Qeyd edək ki, Milli Şura sədri Cəmil Həsənlinin şura daxilindən heç bir partiyanın ayrılmaq fikiri olmadığını desə də, “El” Hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev mətbuata açıqlamasında növbəti ssesiyada şuradan ayrılmaq haqqında qərar verəcəklərini bildirib.

Geri qayıt