Əsas Səhifə > Partiya, Güney Press > "Məgər sanksiya bircə hakimiyyətə tətbiq olunur?"

"Məgər sanksiya bircə hakimiyyətə tətbiq olunur?"


14-09-2022, 08:06
"Məgər sanksiya bircə hakimiyyətə tətbiq olunur?"
“Altay Göyüşovun sözləri fərqli fikir deyil ki. Fərqli fikir başqa bir şeydir. Kimsə sülhə çağıra bilər, əla, çağırsın. Kimsə deyər ki, hə, yollar tapıb ermənilərlə müəyyən münasibətlər qurmalıyıq. Bu da əla. Amma Azərbaycana “təcavüzkar” demək nə deməkdir? Xaricdə oturub “Azərbaycana qarşı niyə sanksiyalar tətbiq etmirsiniz?” demək satqınlıq deyilmi? Narazılığın ola bilər, hüququn pozula bilər, ola bilər ki, hakimiyyət sənə arzuladığın hər şeyi verməsin, amma öz ölkənə sanksiya tətbiq etmək nə deməkdir? Məgər sanksiya bircə hakimiyyətə tətbiq olunur? Həmin sanksiyanın əziyyətini kim çəkəcək? Bunlar xaricdə kiminlə görüşürlərsə, “demokratiya üçün Azərbaycana müəyyən təzyiq göstərin” deyirlər. Azərbaycandan demokratiya istəyən var? Həmin ölkələr Azərbaycandan demokratiya istəyir, ya torpaq istəyir ki, alıb versin erməniyə? Nə oldu, ABŞ Azərbaycandan demokratiya istəyir? Demək istədiyim budur ki, hələ heç bir şey yoxdur, sərhəd dəyişməyib. İran sərhədi ilə işimiz yoxdur, İran ordan deyir ki, sərhədin dəyişməsi "qırmızı xətt"imizdir. Kimdir sərhədi dəyişən? Siz kimsiniz bizə ağıl öyrədəsiniz ki, sərhədi necə dəyişmək olar. 30 il təcavüzkarla bir yerdə torpaqlarımızı, evlərimizi dağıdanlar indi gəlib bizim ölkədə az qala söz sahibidirlər. Fikir verin, deyir ki, “cəhənnəm türklərindir, türklər cəhənnəmə düşəcəklər”. Adı “din xadimi” olandan sorşurlar, deyir “mən bu məsələni araşdırmamışam, məlumatım yoxdur”. Cavab vermir, çünki ruhca hamısı oradadır. Ruhca Azərbaycanda olanların müəyyən dərəcədə toparlanmasına ehtiyac var. Biz tək-tək, fərdi qaydada bunun mübarizəsini aparmamalıyıq. Necə ki mübarizə aparanda böyük bir sürü ilə üstünə gəlirlər. Bu gün Azərbaycana ən açıq dəstəyi verən, “yanındayıq” deyən Türkiyənin əleyhinə kampaniya aparan ünsürlər də eyni Göyüşovlar deyilmi? Onun qorxusundan çoxlarının hələ gizləndiyini gördüyümüz bir durumda hər fürsətdə Türkiyə əleyhinə kampaniya aparanlar da eyni düşüncənin sahibi deyillər? Ona görə də bu məsələlər cəmiyyətimizdə həm ciddi ictimai qınaqla qarşılanmalıdır, həm də müəyyən dərəcədə sağlam insanları birləşdirməlidir. Biz bu tarixi anlarda daha çox nəyi əldə edə biləcəyiksə, onu edəcəyik. Buna maneə olan ünsürlərə qarşı sərt mövqe ifadə etməliyik”.
Millət vəkili Fazil Mustafa
DİA.AZ

Geri qayıt