Əsas Səhifə > Partiya, Güney Press > Keçmiş deputatın Şuşa səfəri ilə bağlı TƏKLİFİ VAR...

Keçmiş deputatın Şuşa səfəri ilə bağlı TƏKLİFİ VAR...


12-09-2022, 07:47
Keçmiş deputatın Şuşa səfəri ilə bağlı TƏKLİFİ VAR...
DİA.AZ: - "Az qala hər gün Şuşaya qonaq və ya ziyarətçi qismində 100-lərlə insan gedir.( İki gün əvvəl mən də getmişdim. Təşkilatçılara bir daha təşəkkürlər. ) Buna da təbii ki, müəyyən miqdarda maliyyə sərf olunur. Və bu səfərlər də adətən müəyyən olunmuş yerlərə ekskursiya və oteldə (ya restoranda) nahar yeməyi ilə başa çatır". DİA.AZ bildirir ki, bu barədə Şuşaya və Qarabağın azad edilmiş digər ərazilərinə səfərlərin təşkili ilə bağlı danışan keçmiş deputat Etibar Hüseynov bildirib.

E.Hüseynov dah sonra davam edir: "Amma bunun müqabilində faydalı bir iş də görmək olar axı. Məsələn hər Şuşaya gələn şəxs orada 1-3-5 ağac əksə nə gözəl olardı. Məlumdur ki, Şuşaya gedən yol Füzuli aeroportunun qarşısından keçir. Aeroportun ətraf ərazisi isə düzəngahdır. Yolüstü ziyarətçiləri ora aparmaq və ağacəkmə aksiyası təşkil etmək nə gözəl ritual olardı, deyilmi? (Artıq Zəngilan aeroportu da açılışa hazırlaşır) Əminəm ki, vətəndaşlar da bu işə həvəslə qoşulardı.

Hər hansısa istənilən tikilini 3-5-10 aya istifadəyə vermək mümkündür. Amma 1ağacın böyüyüb ərsəyə gəlməsinə illər, on illiklər lazım gəlir. Ona görə də indidən başlamaq lazımdı. Hər ötən gün və ya il, necə deyərlər "cibimiz"dən gedir. Məncə Ekologiya və təbii sərvətlər nazirliyi bu məsələyə ciddi və operativ yanaşmalıdır. Çünki yaxın günlərdə artıq əkin mövsümünün vaxtı yetişir. Və bu istiqamətdə aksiyalara geniş start verilməlidir.".

Geri qayıt