Əsas Səhifə > Partiya, Güney Press > "Ay riyakar trollar, niyə bilərəkdən yanlış təəssüratlar yaradırsınız?"

"Ay riyakar trollar, niyə bilərəkdən yanlış təəssüratlar yaradırsınız?"


7-09-2022, 07:55
"Ay riyakar trollar, niyə bilərəkdən yanlış təəssüratlar yaradırsınız?"
DİA.AZ: - Rusiya-Ukrayna müharibəsindən qopan tozanaq Avropaya və ABŞ-a bahalaşma gətirir və təbiətin qışa hamilə olduğu dövrdə bu hal etirazlarla qarşılanır.
Qərb mətbuatı əntiqədir, soyuq analizlər, Rusiyanın atacağı addımları, buna qarşılıq verilməsinin perspektivini müzakirə edir.

Azərbaycanda Qərb ənənələrinin dekorasiyasını üzərinə çəkib riyakarlıqla məşğul olan trol-politoloqlar isə Türkiyəni hədəfə alırlar.

DİA.AZ bildirir ki, bununla bağlı fikrini açıqlayan politoloq Aqşin Kərimov aşağıdakıları qeyd edib: "Onsuz Türkiyə hər nə edirsə, bunların orqanları sancır, bu, öz yerində.
Sual olunur: Ay riyakar trollar niyə üzünüzə çəkdiyiniz Qərb makiyajı ilə bilərəkdən yanlış təəssüratlar yaradırsınız?

Bu arada, Qərb sisteminin aparıcı ölkələrinin Azərbaycandakı səfirləri onları görəndə yalaqlıq edən trol varlıqlara nifrət edir. Çünki onlar da xarakterə üstünlük verir, lakin diplomatik ustalıqla özlərinin hisslərini gizlədirlər".

Geri qayıt