Əsas Səhifə > Partiya, Güney Press > 10 Noyabr anlaşmasında Xankəndinin AZADLIĞI VARMI?

10 Noyabr anlaşmasında Xankəndinin AZADLIĞI VARMI?


29-08-2022, 16:23
10 Noyabr anlaşmasında Xankəndinin AZADLIĞI VARMI?
“Azərbaycan Laçında nəzarəti bərpa etməklə əslində erməni işğalına son vermiş oldu. İndi bizim vəzifəmiz Xankəndi iqtisadi rayonunda suverenliyimizi bərpa etməkdir. Əlbəttə, Azərbaycan separatizmə qarşı dünya təcrübəsindən yararlanmalıdır. Mən bunu deyərkən İspaniya, Fransa, elə qonşu Rusiyanın separatizmə qarşı atdığı addımları nəzərdə tuturam. Onlar separatizmə qarşı hansı addımlar atıblarsa, bunu bizə də rəva görməlidirlər”.

DİA.AZ xəbər verir ki, bunu Reyting.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

10 Noyabr anlaşmasında Xankəndinin AZADLIĞI VARMI?

Partiya sədri əlavə edib ki, Xankəndi şəhəri Azərbaycan ərazisidir və burada separatçılar varsa, buna qarşı adekvat münasibət göstərmək Azərbaycan dövlətinin haqqıdır. Onun sözlərinə görə, separatizmə qarşı siyasi, iqtisadi, diplomatik imkanlardan istifadə etmək təcrübəsi də mövcuddur:

“Əslində rus sülhməramlıların bölgədə yerləşdirilməsi və 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli razılaşma da son nəticədə Xankəndinin Azərbaycanın nəzarətinə keçməsini nəzərdə tutur. Bu baxımdan bizim haqqımız var ki, Xankəndi şəhərində separatçılara qarşı tədbir görək. Buna beynəlxalq hüquqa və dövlətlərin ərazi bütövlüyünə hörmət edən heç bir dövlət etiraz edə bilməz. Bu baxımdan da indi fərqli yollarla Xankəndi iqtisadi rayonu ilə bağlı addımlar atmalıyıq”.

S. Cəlaloğlu əmindir ki, Azərbaycanın bunun üçün bütün imkanları var: “Ordumuz öz qabiliyyətini dəfələrlə ortaya qoyub, iqtisadi davamlılıq var, insanlarımızın əhval-ruhiyyəti yüksəkdir. Atıq indi ermənilərin qarşısındakı 10 il əvvəlki Azərbaycan yoxdur”.

ADP sədrinin fikrincə, Xankəndi şəhərində qalan ermənilər də həqiqətləri anlamağa başlayıblar. “Onlarla işləmək də vacibdir. Ancaq bütün hallarda Azərbaycan öz ərazisi daxilində separatizmə qarşı tədbirlər görə bilər”,- deyə S. Cəlaloğlu əlavə edib.

Geri qayıt