Əsas Səhifə > Partiya, Güney Press > Seçkiləri boykot edən partiyaların qeydiyyatı ləğv ediləcək

Seçkiləri boykot edən partiyaların qeydiyyatı ləğv ediləcək


17-08-2022, 12:54
Seçkiləri boykot edən partiyaların qeydiyyatı ləğv ediləcək
Azərbaycanda 29 partiya “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinə dair təkliflərini təqdim edib.

Yeni layihədə hakimiyyətə qarşı barışmaz mövqe tutan siyasi partiyaların gələcək taleyi sual altına düşür.

Belə ki, layihə Milli Məclisdən keçərsə, iki seçkini boykot edən partiyanın dövlət qeydiyyatı ləğv ediləcək.

Qeyd edək ki, sənədi hazırlayan siyasi partiyalar hökumətə yaxınlığı ilə seçilən partiyalardır.

Xatırladaq ki, bir ay öncə Milli Məclisində təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması ilə bağlı Milli Məclis sədrinə müraciət etmişdi. Sədr isə öz növbəsində, bundan ötrü Azərbaycanda dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara üz tutmuşdu.
//Gununsesi.info//
Geri qayıt