Əsas Səhifə > Partiya, Güney Press > "Bu proseslərin qabarmasında maraqlı olan xarici düşmənlər var"

"Bu proseslərin qabarmasında maraqlı olan xarici düşmənlər var"


18-07-2022, 08:14
"Bu proseslərin qabarmasında maraqlı olan xarici düşmənlər var"
Son günlərdə cəmiyyəti narahat edən, dövlətçiliyə, milli birliyə zərbə vura biləcək olaylar baş verməkdədir. Belə ki, Sabirabad rayonunda icra hakimiyyətinin önündə qazimizin intiharı, həmin qazimiz də daxil olmaqla müharibə bitəndən bəri 36 qazimizin intiharla həyatına son qoyması faktı, ardınca verilən intihar anonsları, dövlət qurumları ilə bağlı səslənən ittihamlar Azərbaycanda aranı qarışdırmaq istəyən qüvvələrə də fürsət verir. Bu qüvvələrə qonşu dövlətlərin 5-ci kalonu da daxildir. DİA.AZ-ın məlumatına görə, mövzu ilə bağlı Sitat.info-ya danışan deputat Arzu Nağıyev bildirdi ki, belə bir vəziyyətdə xarici xüsusi xidmət orqanları yaranmış vəziyyətdən öz xeyrlərinə istifadə etməyə çalışırlar: "Ümumiyyətlə bu proseslərin qabarmasında maraqlı olan xarici düşmənlər var. İlk növbədə bu Ermənistandır. Digər dövlətlər də bunun marağındadır ki, prosesləri hansısa istiqamətə yönəltsinlər. Yəni dövlətin məhz öz əsgəri ilə maraqlanmaması istiqamətində rəy yaratsınlar, müharibə iştirakçılarına qarşı bundan istifadə etsinlər. Digər məqam isə qələbəmizə xələl gətirmək üçün atılacaq addımlarla bağlıdır. Təbii ki, daxildə də bunda marağlı qüvvələr var. Daxildə də öz siyasi məqsədlərinə çatmaq bu çirkin oyunlar oynayanlar var. Çalışırlar ki, dövləti gücsüz göstərsinlər, müharibə iştirakçılarından, bu həssas təbəqədən istifadə etsinlər. Guya ki, dövlət onlara kifayət qədər qiymət vermir kimi rəy yaratsınlar. Lakin, bunların hamısı göz qabağındadır. Dövlət əlindən gələn nə varsa hamısını qanun çərçivəsində həm müharibə iştirakçıları, həm yaralılar, həm də əlillər üçüb edir.
Deputat vurğuladı ki, qanunvericilikdə müharibə əlili və yaxud adi əlil kimi məsələlər ayrılmır: "Bütün hamıya eyni gözlə baxılmalıdır. Çünkü qanunvericilik belə tələb edir. Bunda başqa da, müvafiq aktlar var ki, ona uyğun olaraq, bütün imtiyazlar məhz bu müharibə iştirakçılarına, yaralılara, şəhid ailələrinə verilir. Bu həssas təbəqədən istifadə etməyə çalışan maraqlı qüvvələr. Dövləti , dövlətin dayaqlarını gözdən salmaq üçün bu addımlar atılır. Lakin, dövlət güclüdür. Bu gün dövlət hər bir vətəndaşının yanındadır, eyni zamanda bu həssas təbəqənin də yanındadır. Düşünürəmki xüsusi xidmət orqanları və hüquq- mühafizə orqanları tərəfindən də əməliyyat şəraitinə nəzarət olunur. Kimin təhrikçi olduğu, kimin vəziyyətdən istifadə etdiyi araşdırılır, ümumiyyətlə xarici xüsusi orqanlarının agentura şəbəkəsinin fəaliyyətinə tam şəkildə nəzarət olunur".

Geri qayıt