Əsas Səhifə > Partiya, Güney Press > “Həmişə oyundan qabaq Qurban Qurbanova zəng vururdum, bu dəfə zəng edə bilmədim”

“Həmişə oyundan qabaq Qurban Qurbanova zəng vururdum, bu dəfə zəng edə bilmədim”


13-07-2022, 10:19
“Həmişə oyundan qabaq Qurban Qurbanova zəng vururdum, bu dəfə zəng edə bilmədim”
“Hər zaman oyundan qabaq Qurban Qurbanova zəng vururdum, amma bu dəfə Bakıda olmadığım üçün zəng edə bilmədim”. DİA.AZ xəbər verir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas”Qarabağ”ın baş məşqçisi Qurban Quranovun fikirlərinə münasibət bildirərkən deyib.

Deputat qeyd edib ki, o hər zaman oyundan qabaq zəng vurararq bütün oyunçulara uğurlar arzulayıb:

“Çox vaxt Bakıda olanda özüm də stadiona futbola baxmağa gedirəm. Futbola izləməyə gedəndə kollektivlə daim görüşürəm. Bu dəfə rayonda olduğum üçün gedə bilmədim. Ona görə də, Qurbanla və futbolçularla görüşə bilmədim. Yarış günü isə elə yerdə idim ki, orada cəmi bir televizor var idi, camaat futbola baxandan sonra çevirdilər muğam müsabiqəsinə baxmağa, ona görə də, mən mətbuat konfransın izləyə bilmədim. Sonra zənglər gəlməyə başladı. Birinci Bərdənin icra başçısı zəng elədi, dedi ki, Qurban belə bir söz dedi. Bir neçə adamın zəngindən sonra mənə Qurbanın özü zəng elədi, söhbətləşdik... Sizə qəribə bir şey deyim, ondan əvvəlki gecə mən də yuxuda görmüşdüm ki, biz Ağdamdan Əsgəran, Xocalıya qalxırıq, Xankəndinin içindən keçirik, Şuşaya gedirik. Mən də belə bir yuxu görmüşdüm inanmazsınız. Və sonra da gördüm ki, yuxuda oyun başlayıb, bizim müdafiəçi öz qapımızda top vurdu, elə elə də oldu. Oyun başlayan kimi müdafiəçinin səhvindən qapıya qol getdi. Səhər tezdən yuxudan duran kimi Allaha dua elədim, oyun başlayanda da Allaha dua elədim. Yəni, hər ağızda bir dua var. Düzü qol vurulanda çox pis oldum, ancaq inanırdım ki, Qurban və onun uşaqları udacaq, qalib gələcək, özü də yaxşı qalib gələcək. Onlar da bunu bacardılar, oynadılar nələri var... Mən komandaya hər zaman inanmışam”.

“Bu futboldur, udmaq da var, uduzmaq da var. Uduzanda da zəng edirəm Qurbana, deyirəm ruhdan düşməyin, uduzmusuz uduzmusuz. Bizim azarkeşlərdə qəribə bir şey var, uduzanda başlayırlar ağızlarına gələni deməyə. Əslində komanda uduzanda azarkeşləri komandanın yanında olmalıdır. Qurbana da bütün hər kəs azarkeşlik edir. Təbii ki, indi onların bu qalibiyyətindən o biri komandalarımız da ruhlanacaq. İnanıram ki, “Neftçi”, “Qəbələ”, “Zirə” də bu qələbədən ruhlanacaq və həmin oyunu təkrarlayacaqlar. Mən onlara da uğurlar arzulayıram”.

Geri qayıt